NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2562
Yeniyetmələrə intihar etmələrini əmr edən internet oyununun qurucusu həbs edilib

Yeniyetmələrə intihar etmələrini əmr edən internet oyununun qurucusu həbs edilib

İslaminSesi-nin REN-ə istinadla verdiyi məlumata görə, Moskvada uşaqlar internet oyunları vasitəsilə intihar etmələri barədə tapşırıq verən oyunun qurucusu İlya Sidorov saxlanılıb.

Polislər onu Çelyabinsk şəhərinin məktəblisinin intihar etməyə hazırlaşmasından sonra tuta biliblər.

 

Polislər onun yaxalanmasına qəddar kəsin tutulması əməliyyatına hazırlaşır kimi hazırlaşırdılar, lakin yaxalama anındakı görüntülər onun qorxaq manyak olduğunu göstərir. Onun qurduğu "Göy kit" oyunu sosial şəbəkələrdə populyar oyunlardan biridir. Oyunun mahiyyəti ondan ibarətdir ki, naməlum şəxs növbəti qurbanı ilə əlaqə saxlayır, ona bir-birinin ardınca 50 tapşırıq verir. Hər şey bayağı rəsmlər ilə başlayır və oynayanın özünə qəsd etməsinə qədər gedir.

 

Sidorov tutulandan sonra etiraf edib ki, birdən əlliyədək olan tapşarıqların hamısını özü hazırlayır və sonra onu oynayan yeniyetməyə intihar etməyi əmr verirdi.

 

 

İlya Sidorov Rusiya Federasiyasının cinayət-prosessual məcəlləsinin 91-ci maddəsinin əsasında saxlanılıb və hazırda onun qeyri-qanuni fəaliyyətinin üzə çıxarılması istiqamətində əlavə istintaq hərəkətləri və gələcək əməliyyat-axtarış tədbirləri aparılır. Bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk İlya Sedorovun saxlanılmasını şərh edərkən bildirib.

 

İlya Sidorov artıq iki aylığına həbs edilib. Onu insanları intihar həddinə çatdırmağa görə, 3 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Qeyd edək ki, 2017-ci il iyulun 1-dən başlayaraq Rusiyada bu maddə ilə əlaqədar cinayət məsuliyyətinin sərtləşdirilməsi barədə qanun qüvvəyə minəcək.

 

Göy Balina (Синий кит - Blue Whale) oyunu bir Rusiya şəhər əfsanəsidir ki, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində yayılıb. Oyunun yekun hədəfinin onu oynayan şəxsi intihar etdirməkdən ibarət olduğu bildirilir. Yeniyetmələri intihara qədər çatdıran bu oyun KİV-də geniş şəkildə həyəcan formasında işıqlandırılıb və Rusiya əhalisi arasında mənəvi təşvişə səbəb olub.
 
 KİV-in məlumatına görə, "oyuna" başlamaq üçün, sosial şəbəkələrin (əksəriyyəti yeniyetmələr) istifadəçiləri, öz səhifələrində  #синийкит, #явигре, #синий, #тихийдом kimi haştaqları yazır, sonra bu işə baxan şəxs (kurator) onlarla əlaqə qurur. Kurator bir qayda olaraq saxta olaraq qeydə alınmış hesablardan istifadə edirlər. Onlar oynamaq istəyənlərə əvəlcə oyunun qaydalarını izah edirlər: "Bu oyun haqda heç kimə danışmamaq", "tapşırıqlar necə olursa olsun, həmişə onları yerinə yetirmək", "tapşırıqları yerinə yetirmədiyinə görə səni həmişəlik oyundan çıxarırlar və səni pis nəticələr gözləyir". Sonra "kurator" tapşırıqları verir. Adətən günə 1 olmaqla təxminən 50 tapşırıq verilir: (Ceyms Kramerin  "mənim intiharıma 50 gün qalmış" romanına göndərilmə ilə).

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system