HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 63
Yataqxanada yanğın: 25 nəfər təxliyyə edildi

Yataqxanada yanğın: 25 nəfər təxliyyə edildi

Sumqayıtda yataqxana binası yanıb. İslamınSəsi Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıtda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.


Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı 3 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 sakin təhlükəsiz əraziyə təxliyə olunub.


Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system