HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 1149
Uşaqlığımızı xoşbəxt, cavanlığımızı bədbəxt edən sabahlar

Uşaqlığımızı xoşbəxt, cavanlığımızı bədbəxt edən sabahlar

Famil Burxanoğlu, İslaminSesi

Bir vaxt var idi, uşaq idik, sabah sözündən xəbərsiz. Sabah bizim üçün heç bir anlam kəsb etmirdi. Hər şeyimiz bu gün üçün idi. Nə var idisə elə bu gün yeyib qurtarmaq istəyirdik, həyatın ləzzətini elə bu gün çıxarmaq istəyirdik. Bizə alınan bütün paltarları elə bu gün geyinmək istəyirdik. Oynayanda da bu gün üçün oynayırdıq, doymurduq oynamaqdan, evə yığışmırdıq, gəzməkdən, gülməkdən doymurduq. Ağlayanda da bu günü itirməmək üçün tez ovunurduq. Bu gün üçün hər şey edirdik. Hətta yatmaq istəmirdik ki, bu gün əldən çıxar. Güclə yığırdılar evə, o qədər yorulurduq ki, harada yatdığımızı da unudurduq...

 

Ancaq bütün bunlar o zamana qədər davam etdi ki, leksikonumuza SABAH sözü daxil oldu. Uşaqlıqda da valideynlərimiz aldatmaq istəyirdilər bu sözlərlə bizi, ancaq aldanmırdıq. Çünki leksikonumuzda həqiqi işlənmə hüququnu qazanmamışdı. Ancaq özümüz böyüyüb artıq hər şeyi sabaha saxlamağa başlayandan həyatın dadı qaçdı, zövqü getdi, mənası itdi. Sabah deyə-deyə hər şeydən olduq. Sabah deyə-deyə gəncliyimizi itirdik, ən yaxşı paltarlarımızı doyunca geyə bilmədik, ən yaxşı yeməkləri xarab etdik, dostlara, qohumlara, sevdiyimiz insanlara doyunca baş çəkə bilmədik, valideyinlərimiz, qardaş, bacılarımız, övladlarımız, ailəmizlə doyunca vaxt keçirə bilmədik. Ata-ananı itirəndə bildik bunu. Qəlbinə dəydiyim filankəsdən üzr istəyərəm, sabah, halallıq alaram sabah, o mənə zəng edər, sabah, yzar sabah, kaş gələ sabah, kaş görüşək sabah, kaş qarşıma çıxa sabah, bu işi edərəm sabah, bu işdən əl çəkərəm sabah, ona səni sevirəm sözünü deyərəm, sabah, qarşıma daha yaxşısı çıxar, sabah, filan yaxşı əməli edərəm, sabah...


Ömür getdi, o sabahlar özləri də sabah oldu, sabah...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system