NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 120
Trampın 2016-cı il gəlir bəyannaməsi - yüz milyonlarla dollar

Trampın 2016-cı il gəlir bəyannaməsi - yüz milyonlarla dollar

İslaminSesi-nin TASS-a istinadla verdiyi məlumata görə, ABŞ hökuməti yanında Etika məsələləri Bürosu cümə günü dövlət başçısı Donald Trampın 2016-cı ildə əldə etdiyi gəlirlərin qeyd edildiyi 98 səhifəlik bəyannamə sənədini dərc edib.

Sənəddə deyilir ki, Tramp 2016-cı ilin sentyabrında Vaşinqtonda açılan hotelinin sayəsində 19,7 milyon dollar, həmçinin Florida ştatında "Mar-a-Laqo" kurort mərkəzindən isə 37,2 milyon dollar (ötən illə müqayisədə 7,4 milyon az), Bedminsterdəki (Nyu-Cersi ştatı) qolf klubundan 19,8 milyon dollar (ötən illə müqayisədə 800 min dollar az)  həcmində gəlir əldə edib.

 

Tramp gəlir sənədində öz kitabları üçün 7 milyon dollar məbləğində qonorar, həmçinin ABŞ aktyorlar Gildiyası tərəfindən 84 min dollar pensiya ödədiyini göstərib. Sənədlərdə ABŞ prezidentinin sərmayə, pensiya hesabları, müxtəlif aktivləri əks olunub. Burada deyilir ki, Tramp ümumilikdə 565 müxtəlif şirkət və təşkilatlardan 288 milyon dollar gəlir əldə edib, lakin büro bildirir ki, Tramp onları öz prezident andiçməsi mərasiminə bir gün qalmış tərk edib.

 

Büro qeyd edib ki, prezident Tramp öz gəlir bəyannaməsini təqdim etməyə özü könüllü şəkildə razı olub və bunu etmək 2018-ci ilin mayınadək icbari deyil.

 

Sənədlərə əsasən Donald Tramp 2016-cı ilin yanvarından cari ilin baharına qədər ümumilikdə aktivlərdə 1,4 mlrd dollar və gəlirlərdə isə ən azı 598 mln. dollar əldə etdiyini bəyan edib. Onun bircə öhdəlikləri 315 milyon dollar təşkil edir. Bütün bu göstəricilər onun bir il əvvəl verdiyi məlumatlarla təxminən oxşardır.

Lakin qeyd etmək lazımdır ki, bəyannamədə xərclər nəzərə alınmır, yəni bu rəqəmlər xalis mənfəət göstəricisi deyil və burada vergi ödənişləri göstərilməyib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system