NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 121
Tramp sabiq ABŞ hökümətinin Kuba ilə bütün anlaşmalarını ləğv edib

Tramp sabiq ABŞ hökümətinin Kuba ilə bütün anlaşmalarını ləğv edib

ABŞ prezidenti vurğulayıb ki, qərar "dərhal qüvvəyə minir"

İslaminSesi-nin news.mail.ru-ya istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp əvvəlki Obama administrasiyasının Kuba və Vaşinqton arasındakı münasibətlərin normallaşması üzrə sazişini birtərəfli qaydada ləğv etdiyini bəyan edib.

 

""Mən bu gün öz seçkiqabağı kampaniyam zamanı vəd verdiyim yeni siyasəti elan edirəm. Mən Kuba ilə, əvvəlki administrasiya tərəfindən imzalanan sazişi birtərəfli şəkildə tamamilə ləğv edirəm".

 

ABŞ prezidenti bununla yanaşı olaraq Kubadan hər iki ölkənin maraqlarına cavab verəcək yeni saziş hazırlamağa çağırıb:

 

"Mən Kubanı həm onların xalqının, həm də bizim xalqımızın maraqlarına ən yaxşı şəkildə cavab verəcək yeni razılaşma ilə masa arxasında oturmağa çağırıram", Tramp bildirib.

 

O, bu qərarını açıqladığı çıxışı zamanı Kubanın sabiq prezidenti Fidel Kastronu KXDR-yə silah tədarükü etməkdə ittiham edib.

 

Qeyd edək ki, ABŞ Kuba ilə olan diplomatik əlaqələrini bu ölkənin hakimiyyətinin Kubadakı ABŞ mülkiyyətini milliləşdirilməsindən sonra 1961-ci ildə kəsmiş və Kubaya qarşı iqtisadi embarqo tətbiqi barədə elan etmişdi. 2014-cü ilin dekabrında ABŞ-ın 44-cü prezidenti Barak Obama Vaşinqtonun Havana ilə münasibətdə əvvəlki siyasətinin işləmədiyini etiraf etmiş və ikitərəfli əlaqələrin normallaşması üçün hərəkatın başlanması və Kubaya qarşı sanksiyaların yumuşaldılması barədə elan etmişdi. Obama ötən ilin martında ABŞ prezidenti qismində təxminən 90 il ərzində ilk dəfə olaraq Kubaya səfər etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system