HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 936
Söz oyunu ilə məhv olan əxlaq və dəyərlərimiz

Söz oyunu ilə məhv olan əxlaq və dəyərlərimiz

Ülviyyə Tahir, İslaminSesi üçün

Zamanın əqrəbləri XXI əsri göstərir. İnsanın istifadə etdiyi əşyalar, yaşadığı məkanlar dəyişib. Hər şey zamanla uzlaşaraq inkişaf edir, dəyişir və yenilənir. Lakin insan varlıq olaraq nə qədər dəyişir? Görəsən özümüzə əgər 1000 il əvvəl aşiq insanla, indiki dövrdəki aşiq insanın fərqi varmı deyə sual etsək əslində cavab çox aydın olar. İnsanın görkəmi dəyişə bilər, insanın yaşadığı məkan dəyişilə bilər, lakin insanın hisləri dəyişə bilməz. 

 

Bir az diqqət etsək görərik ki, mövzu axı o da deyil. Biz onsuz da bilirik ki, orta əsr insanının qəzəblənməsi, sevməsi, səmimiyyəti kimi müasir insan da sevə bilər, qəzəblənə bilər.

 

Mövzu hislərin, hərəkətlərin yanlış adlandırılmasıdır. Yanlış münasibətləri sevgi, qabaran hərəkətlərin adını cəsarət qoyaraq cəmiyyətə sırımaq kimlərə lazımdır ki?!

Cəmiyyətin əsas özüllərindən biri olan qadınları, qızları Avropa streotipləri adı ilə yeni dəblə uzlaşdırmağa çalışanların məqsədi bu qədərmi qaranlıqdır?! Onların bu gün sərgilədiyi hərəkətləri, geyindikləri açıq-saçıq paltarları cəsarət damğası ilə möhürləyən cəmiyyətin əlinə sabah nə keçəcək?

 

Ana məfhumu sıradan çıxacaq. Azadlıq öz formasını dəyişərək başqalarının hüquqlarının tapdanmasına gətirib çıxaracaq. Mərhəmət hissi yoxa çıxacaq. Bu gün cəsarət deyə cəmiyyətə sırınan arsızlıq, sabah öz istəkləri uğrunda uşağını uşaq evinə atıb gedən “azad” qadınla nəticələnək.

 

Bircə anlıq dönüb ABŞ və ya Avropanın intihar statistikasına baxsaq, orada çoxlu sayda qoca və tənha insanın olduğunun fərqinə vararıq. Niyə? Çünki onların”azad” və “cəsarət” adlı tərbiyə verdikləri övladları onları tərk edib.

 

Bütün yazdıqlarıma Ustad Fazil Kısakürəyin sözləri ilə son vermək istərdim: “ Arsızlığın adını cəsarət, zinanın adını eşq qoydular. Bir nəslin əxlaqını belə məhv etdilər.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system