NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 147
Sionist İsrail ilə Səudiyyə arasında birbaşa hava nəqliyyatı açılacaq

Sionist İsrail ilə Səudiyyə arasında birbaşa hava nəqliyyatı açılacaq

İslaminSesi-nin RAST-a istinadla verdiyi məlumata görə, sionist israilin "Yediot Ahronot" qəzeti bu gün yayımladığı xəbərdə bu il fələstinli hacıların Təl Əvivdəki Ben Qurion hava limanından Səudiyyəyə uçmaları üçün səfərlər təşkil ediləcək.

Qəzetin yaydığı xəbərda son dövrdə ABŞ, Fələstin rəhbərliyi, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail arasında gizli görüşlərin baş verdiyi qeyd edilir və bu gedişin sionist İsraillə Səudiyyə Ərəbistanının arasında normallaşma prosesinin başlanğıcı olacaq.

 

İsraillə rejimi ilə Səudiyyə Ərəbistanı arasında rəsmi birbaşa əlaqə olmadığından bir müddətliyinə formul kimi hələlik təyyarələr İordaniyanın paytaxtı Amman hava limanına qısa müddətliyinə eniş edəcək və buradan Səudiyyə Ərəbistanı istiqamətinə uçacaq.

 

İlkin mərhələdə hava nəqliyyatını həayata keçirəcək təyyarələr İsrail və Səudiyyə hava yolu şirkətlərindən birinə aid olmayacaq və başqa ölkənin hava yolu şirkətinin təyyarələrindən istifadə ediləcək. 

 

Bu təcrübə ABŞ-ın təkid etdiyi İsrail ilə hələ bilavasitə əlaqə içində olmayan Ərəb ölkələri arasında normallaşma prosesinin bir hissəsini təşkil edəcək. Sonrakı mərhələdə işğal altındakı Fələstin torpaqlarından Səudiyyə Ərəbistanına birbaşa səfərlərin təşkili planlaşdırılır.

 

Bundan əlavə qeyd edək ki, sionist İsrail rejiminin nəqliyyat və kommunikasiya naziri İsrael Katz Amerika Birləşmiş Ştatlarının nümayəndəsinə "sülh kəməri" adını verdikləri regional dəmir yolu layihəsi təqdim etdiklərini bildirib. Verilən məlumata görə bu kəmər işğal altındakı torpaqlardan İordaniyaya, oradan isə Səudiyyə Ərəbistanına salınacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system