HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 910
Şərq özünü, Qərb xəyal etdiyini təqdim edir

Şərq özünü, Qərb xəyal etdiyini təqdim edir

Ülviyyə Tahir İslaminSesi üçün

Bu yaxınlarda Azərbaycan kino tarixinin incilərindən hesab ediləcək seriallardan birini izlədim. “Yoxlama” adlı bu serialı bəlkə də azərbaycanlı şəxsiyyətinin “sonuncu yoxlanması” da hesab etmək olar. Elə serialın özündə də obrazlardan biri onun azərbaycanlı, ümumiyyətlə insan olduğuna şübhə edir. Lakin filmin məqsədi və niyyəti nədir?- kimi suallarla sizi yormaq fikrim yoxdur. Mənim qoyacağım məsələ tamamilə başqadır.
Filmin qəhrəmanı daim cəmiyyət arasında yüksək sevgi ilə izlənilən filmləri izləyir. O Vandamın, Rembonun və sairə Hollivud qəhrəmanlarının fanatıdır.

 

 Real həyatda o, tamamilə başqa bir qəhrəmanlıq etməlidir. Elə burada reallıqla Amerikanın təqdim etdiyi həyat arasında uçurum yaranır. Onun izlədiyi filmlərlə öz həyatı arasında nə qədər fərqin olduğu qabarır.  Elə o an Qərb ideologiyası ilə Şərq ideologiyası arasında fərqlilik meydana çıxır.

 

Onda insan anlayır ki, Şərq heç vaxt müsibətlərin və fəlakətlərin üstündən səssiz adlayıb “fantastik” bir əsər yarada bilmir. Bunu biz “Tısbağalar da uça bilir” filmindən tutmuş , “Bir parça qənd” filminə qədər müşahidə edə bilərik. Şərq real olaraq özünü yaratdığı əsərə köçürür, Qərb isə təqdim edildiyi kimi görünür. Əgər Qərbin İndiana Consu xəzinəni əldə edib zəfərlə geri dönürsə, Şərqin qəhrəmanı xəzinə yerinə ağac kötüyü tapır (“Bir parça qənd” filmində). Əslində Qərbdə də vəziyyət elədir. Lakin... 

 

 

Lakin bu gün dünyanın informasiya texnologiyaları baxımından həddindən artıq kiçilməsi bizə bir çox məsələrin əslində elə olmadığını söyləyir.  Hazırda informasiya mübadiləsinin hüdudsuzluğu bizə Qərb haqqında bilgilərimizi kino, film məhdudiyyətindən çıxardır. Biz getdikcə anlayırıq ki, əslində ehtiyaclar və fəlakətlər hər yerdə eynidir, sadəcə olaraq onu təqdim edənlər fərqlidir. Kino sektorundan tutmuş siyasətə qədər hər şey qabarır, açıqlanır. İnformasiya hüdudsuzdur. Elə bu hüdudsuz informasiya Qərbin bütün əyrilikləri ilə üzə çıxmasına səbəb olur.

 

Bu yaxınlarda Noam Çomskinin Trampın seçilməsinə münasibətini oxudum. Məşhur filosof ABŞ-da orta və kasıb təbəqənin həyat ümidlərinin getdikcə yoxa çıxmasından bəhs edib. Noam Çomski bildirib ki, əslində Amerikada sosial ədalət bəhs edildiyi qədər bərabər paylanmayıb. Amerika röyasının yalnız bir hissəsinin reallığı əks etdirdiyini, digər hissəsinin isə həmişə əfsanələrdə yaşayacağını vurğulayıb.

 

O, Amerikada insanların çox işləyib yaxşı yaşamaq arzularının reallaşdıra bilmədikləri bir mühitdən bəhs edib. Filosof Amerikada gəlirlərin sabit qaldığını, tələbə borclarının günü-gündən artdığını və təhsilli fərdlər üçün həyatın getdikcə daha dözülməz olduğunu söyləyib. Məhz elə bu şərtlərin altında Trampın seçilməsini məntiqi hesab edib.

 

Daha başqa bir məqalədə isə Bloomberq 2017-ci ilin təhlükələrindən bəhs edib. Bu təhlükələr içərisində alman ekspertlərdən biri siyasi populizmin artmasından narahat olduğunu dilə gətirib. Bu siyasi illəri 1930-cu illərə bənzədib.

 

 

Bəli, populizm o zaman işə yarayır ki, insanlar psixoloji olaraq nədənsə əziyyət çəksinlər və söykənməyə(oxu: ümidlənməyə) şəxsiyyət, ya sistem axtarsınlar. Axı, Nobel mükafatı almış Fukuyama belə insanların inancı olmadan heç bir iqtisadiyyatın davam gətirməcəyini elmi əsaslarla sübut edib. Deməli, Amerika röyasının (Əslində heç bir Amerika röyası olmayıb, bizi buna sadəcə olaraq inandırıblar) belə artıq başa çatdığını söyləyə bilərik. Trampın prezident seçilməsi daha nələrlə nəticələnəcək bunu zaman göstərəcək.

 

 Son olaraq onu qeyd edim ki,  reallığı əks etdirən filmləri izləmək daha xoşdur. Çünki o bizi real həyat səhnələri ilə qarşı-qarışıya qoyur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system