HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 4544
Rusiyalı fotoqrafın obyektivində Bakının görünməyən tərəfləri

Rusiyalı fotoqrafın obyektivində Bakının görünməyən tərəfləri

"Bu yazını yazmaq mənim üçün çox çətin oldu. Çünki Bakı xoşuma gəlmədi deməyəcəm, amma həqiqəti gizlətmək olmaz. Ona görə buyurun Bakının o biri üzündən reportaj."

İslaminSesi sizə rusiyalı bloqqer İlya Varlamovun Bakıdan hazırladığı reportajı təqdim edir. 

 

 

 

Əsl Bakı var. Turistlərə göstərilməyən Bakı. Teleqüllənin olduğu dağa çıxın və oradan tamaşa edin. Oradan qayalıqların çıxıntılarında tikilmiş anlaşılmaz evcikləri görəcəksiniz. 

 

 

Yarımçıq tikililər, gecəqondular, zibillikdən toplanmış yaşayış vasitələri  - Bakı budur. Deyilənə görə bunlar qeyri-qanuni tikililərdir. 

 

 

Zibilləri toplamırlar. 

 

 

Evlər burada bu şəkildədir. 

 

 

Küçələr bu şəkildədi

 

Anlaşılmaz yollar və yamaclar. 

 

 

 

Su borularına kənardan kobud şəkildə qoşulma

 

 

Üfüqdə isə yeni Bakı görünür.

 

 

Burada insanlar yaşayır. 

 

 

 

 

 

 

 

 

 

 

Bütün keçmiş postsovet ölkələri kimi Bakıda da çoxlu köhnə binalar var. Onların fasadları dağılır. Görkəmləri qorxuncdur. Xüsusilə turist yollarından uzaqda yerləşən binaların ümumiyyətlə bəxtləri gətirməyib. 

 

 

Saysız-hesabsız çanaq antenalar

 

 

 

Köhnə sovet binaları belə görünür. 

 

 

Eyvanları evlərə birləşdirirlər, lakin burada Yeravandakı kimi kobud tikililər yoxdu. 

 

 

 

Ümumi yataqxanalar

 

 

Binaların həyətləri

 

 

 

 

Həyətlərdə qətiyyən bitki örtüyü yoxdur. Çünki onlara baxıb sulayan yoxdu. Elə buna görə də bu şəhər bu qədər tozludur.

 

Bundan əlavə Bakıda "ruh" evlər də var. Bu evlər ölkənin maliyyə vəziyyəti yaxşı olanda tikilib, lakin ya sahibi onu sənədləşdirə bilməyib, ya yaxşı kirayəçi tapmayıb. 

 

 

Dəhşət

 

 

 

 

Müasir Bakının bir bəlası da kondinsionerlərdir. Halbuki onların ön fasada quraşdırılması qətiyyən binaların arxitekturası ilə uzlaşmır. 

 

 

Əgər sizə istidirsə niyə bunu belə kobud şəkildə təşkil edirsiniz. Bunu binanın müxtəlif yerində gizlədə bilərsiniz və binanın arxitekturası da korlanmaz. 

 

 

 

Bu piyada keçidi stadionun yaxınlığındadı. 

 

 

Şəhərin ciddi nəqliyyat problemi var. Şəhərin hər yerinə avtobuslar getsə də, saat 20:00 sonra avtobusların işində fasilələr yaranır. Gecə ümumiyyətlə avtobuslar işləmir. Kənar rayonlardan gələn avtobusları isə 2008-ci ildən şəhərin mərkəzinə buraxmırlar. 

 

 

 

İnsanlar alətləri ilə iş axtarırlar. Neft ucuzlaşandan bəri Azərbaycan manatı 2 dəfə ucuzlaşıb. Buna görə ölkədə bahalaşma var və bir çox insanlar işlərini itiriblər. İşsizlik Azərbaycanda onsuzda yüksək həddə idi, indi daha dözülməz hal alıb. 

 

 

 

Niyəsə Bakını əl ilə təmizləyirlər. Mən bir dənə də olsun zibil aparatı görmədim. 

 

 

Bütün postsovet ölkələrində olduğu kimi burada da insanlar elə zənn edirlər ki, onların rahatlığı hamının mənfəətindən daha əhəmiyyətlidir. 

 

 

 

Mərkəzdə avtomobillərin park edilməsi.

 

 

 

Bəziləri park yerlərini işğal edə biləcəyini zənn edir. 

 

 

 

Yeraltı keçidlər bütün sakit küçələrin  gözəlliyini pozur. Onları şəhərin mərkəzində salmaq ümumiyyətlə cinayətdir. 

 

 

Yeraltı keçidlərdə hər şey var: Eskalatorlar, fiziki qüsurlular üçün liftlər. Lakin bütün bunlar yeraltı keçidləri cəlbedici etmir. Ümid edirəm ki, Bakıya yaxşı rəhbər gələr və bütün bu keçidləri bağlayar, məhv edər. 

 

 

Bu isə Bakının ən zəngin keçididir. İnsanlar ora gəlir və fotolar çəkdirirlər. 

 

 

 

Pulun çoxdur? Bunu başqa şeylərə sərf et. Məsələn maşınları yerin altına sal, şəhərdə daha çox yer qalsın. Park sal. Bakı daha gözəl olar. Bəzi yerlərdə isə ümumiyyətlə piyada keçidi yoxdur. İnsanlar yolla qaçmağa məcburdular. 

 

 

Bakını gecəsi... Bəs işıqlar hanı?

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


Ilgar
01.09.2016 07:54:35
Bakinin umumi problemleri zibillikler ve kohne sovet binalari ve dusunceli adamalari.

DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system