NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 3058
Ömrünün 51-ci ilini karserdə qarşılayan AİP liderini əqidədaşları təbrik etdi

Ömrünün 51-ci ilini karserdə qarşılayan AİP liderini əqidədaşları təbrik etdi

İslaminSesi bildirir ki, AİP sədri Hacı Mövsüm Səmədovun bu gün 51 yaşı tamam olur. Doğum günü münasibəti ilə Doktor M. Səmədovu partiya funksionerləri, əqidə dostları, siyasi qurumun bütün üzvləri başda AİP sədr əvəzi Hacı İlham Əliyev olmaqla təbrik edirlər.

Təbrikdə deyilir:  "AİP lideri Hacı Mövsüm Səmədovu ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Hacıya Allah Təaladan möhkəm can sağlığı, tutduğu düz və haqq yolunun ən uca zirvəsinə yüksəlməyini diləyirik.  Əqidəsindən heç zaman dönməyən, xalqını, vətənini, torpağını və dinini canından əziz tutan qardaşımız!

 

Bu gün Azərbaycan xalqı sizinlə fəxr etməli, qürur hissi keçirməlidir. Sarsılmaz iradəniz, haqqı batildən ayıran təfəkkürünüz. zülmün qarşısında baş əyməmək və zalımların vərdişlərini həmişə tənqid etmək xüsusiyyətinə malik olmağınız sağlam cəmiyyət üzvlərinin qəlbində sizə olan hörmət və məhəbbəti günü-gündən artırır. Biz İslamçılar da həmçinin bu fəxarət hissini yaşayırıq. 

 

İctimai həyatda siyasi fəaliyyətə başladığınız gündən indiyə kimi hər an cəmiyyətin bütün üzvlərinə vətənimiz Azərbaycanı. onun hər qarış tiorpağını sevməyi, vətən, namus və dinimiz uğrunda canlarından keçmək iradəsinə malik olmağı təlqin və təbliğ etmisiniz. Arxanızca gələn insanlar sizin getdiyiniz yolun haqq və ədalət yolu olduğuna əmindirlər. 

 

Günlər, aylar, illər  bu yolda atdığınız  addımları sarsıtmır, kövrəltmir, əksinə daha da mətinləşdirir, möhkəmləndirir. Bu yolda sizə və hər birimizə böyük uğurlar, Tanrıdan kömək diləyirik. 

 

Sizi bir daha doğum gününüz münasibəti ilə təbrik edirik. Allahdan diləyirik ki, tezliklə haqq etdiyiniz azadlığa qovuşmaqla ailənizə və və cəmiyyətimizə dönüb siyasi fəaliyyətinizi davam etdirəsiniz."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system