HAVA PROQNOZU:

İSLAM

Oxundu: 125
Ölməmək “nemət”ini Allahdan diləyən tayfa

Ölməmək “nemət”ini Allahdan diləyən tayfa

Ölməmək “nemət”ini Allahdan istəyən tayfa bunun üçün Peyğəmblərinə müraciət etdilər. Amma nemət sandıqları bu dilək onlar üçün bəlaya və məşəqqətə çevrildi.

İslaminSesi.info – Ölməmək “nemət”ini Allahdan diləyən tayfa haqda hədis Üsuli-Kafi əsərində (cild-3, səh-260) gəlibdir;

 

“İmam Sadiq (ə) buyurub: Qədim zamanlarda bir tayfa öz Peyğəmbərlərinə dedilər: Bizim üçün Allaha dua et ki, ölümü bizdən götürsün. Peyğəmbər dua etdi. Allah onlardan ölümü götürdü. Onlar çoxaldılar. O qədər artdılar ki evləri darısqal oldu, nəsil (nəvə-nəticə, baba-nənə) çoxaldı. Kişi atasını, babasını, anasını, babalarının babası və nənələrinin nənəsini yedizdirməyə, təmizləməyə və başqa işlərinə məşğul olmağa başladı. Onlar bundan sonra işləyə də bilmədilər. Yenidən Peyğəmbərin yanına gəldilər. İstədilər ki Allaha dua etsin və onları əvvəlki vəziyyətə qaytarsın. Peyğəmbər istədi Allah o qövmü əvvəlki vəziyyətinə qaytardı”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system