HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 888

"Nardaran işi" ilə əlaqədər təqsirləndirilənlərdən daha biri ömürlük həbs tələb edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İslaminSesi "Qafqazinfo"nun verdiyi xəbərə istinadən bildirir ki,  hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları edilib.
 
Təqsirləndirilən şəxslərdən biri Aqil İsmayılov son söz deyərək hadisə ilə bağlı günahı olmadığını deyib.
 
Digər təqsirləndirilən Abbas Hüseynov isə özünə öümürlük cəza istəyib: "Mənə ən ağır, ömürlük cəza verilsin. Burdakılardan ən çox ittiham olunan da mənəm".
 
Təqsirləndirilənlər - İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da polisə müqavimət göstərmədiklərini, günahsız olduqlarını deyiblər.
 
Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək.
 
Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror T.Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadənin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system