HAVA PROQNOZU:

İSLAM

Oxundu: 4137
Muxtar Səqəfinin naməlum məzarı sonra necə tapılıb?

Muxtar Səqəfinin naməlum məzarı sonra necə tapılıb?

Muxtar Səqəfinin naməlum məzarı sonra necə tapılıb?

İslaminSesi.info – Kərbəla faciəsindən sonra Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyamlar başladı. İlk qiyam İmam Hüseynə vaxtında yardım etməyən tövbəkarların qiyamı idisə son qiyam da siyasi hədəfləri nəzərdə tutan Abbasilərin qiyamı idi. 80 il ərzində baş verən qiyamların içində Əhli-beytin yoluna və göstərişlərinə ən yaxın olan qiyam Muxtar Səqəfinin (1-67 h.q) idi.

 

İmam Hüseynin qatillərini bir-bir edam edən və onları təqib edib qətlə yetirən Muxtar Səqəfi hicri təqviminin 67-ci ilində ramazanın 14-də Məsəb ibni Zübeyrin göstərişi ilə edam edildi və Kufədə Darul-İmarənin naməlum bir yerində dəfn edildi.

 

İlk dəfə Muxtar Səqəfinin qəbrinin harada yerləşməsini Ayətullah Seyid Mehdi Bəhrul-Ülum təqribən 230 il öncə bilmişdi.

 

 

Ayətullah Seyid Mehdi Bəhrul-Ülum Kufə məscidinin yerində tədqiqat aparırdı. Bu tarixi məscidin yeri ətraf məkanlardan nisbətən alçaq olduğuna görə oraya bəzən su dolurdu. Buna görə istəyirdi məscidin yerini torpaqla qaldırsın. Torpağın götürülməsi və yeni torpağın tökülməsi zamanı məsciddən Darul-İmarəyə açılan kalidorun sonunda bir məzar tapılır. O məzarın üzərindəki daşda Muxtar Səqəfi yazılmışdı.

 

 

Daha sonrakı illərdə Muxtar Səqəfinin məzarı üçün bir zərih və türbə tikildi və o türbə həzrət Müslim ibni Əqilin məqbərəsinə cənub tərəfdən birləşdirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system