HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 962
Müsəlmanlara iftira atanların vicdanlarına ithafən

Müsəlmanlara iftira atanların vicdanlarına ithafən

Daim bir sözü xatırlatmağı sevirəm: Dünyada baş verən bəlaların insan və ya Allah tərəfindən törədildiyini insan özü üçün ayırd edə bilsə bir çox mətləbləri aydınlaşdırmış olar. Lakin bir çox mətləblərin də qaranlıq olmasının ən ümdə səbəblərindən birinin insanın özünün nəyisə aydınlaşdırmaq istəyinin olmamasıdır. İnsan qulaqdan qulağa keçmiş informasiyanı alır və özü o informasiyanın əsirinə çevrilir.

İslaminSesi bildirir ki,  bu cür insanlar  informasiyanı təhlil etmir, araşdırmır və onu asanlıqla öz düşüncəsinə çevirir. Reallıq qalır bir tərəfdə, insan başlayır mənimsədiyi informasiyanın diktəsi ilə danışmağa. O informasiyanı sorğulamayıb, ona qətiyyən şübhə duymayıb.

 

 

Elə informasiya müharibəsinə də məhz belə insanlar lazımdır. Onlar sorğulamasın, yalnız qəbul etsinlər. Bu informasiya müharibəsində müsəlman məğlubdur, acizdir. Çünki o cür informasiyanı tirajlayanlar onu terrorçu çıxardıb, cahil, biliksiz edib, pis dəftərə vurub. Onlar ən adi, elementar xitabları bayağılaşdırıblar.

 

Lakin gəlin baxaq tarixin tozlanmış səhifələrinə. Hərçənd onların tozunun dağıdılmasına o informasiyaları tirajlayanların könlü razı olmaz. Amma yenə edək. Ən azından qulaqlardan və gözlərdən pası silmək bizim borcumuzdur.

 

Onlar müsəlmana terrorçu deyir, lakin....

 

 

“Lakin” sözü burada böyük hərflərlə yazılmalıdır. Axı, Amerika qitəsində qırmızı dərililərin kökünü müsəlmanlar kəsib. Afrikadan zənciləri ovlayaraq illərlə qul alveri edərək, onları şəkər çubuğu və pambıq plantasiyalarında işlədən vəhşi müsəlmanlar olub. İki dünya müharibəsi törədib, yüz milyona yaxın insanı cahil müəlmanlar qırıb.

 

Stalin rejimində insanları əqidə, siyasi baxış və inanclarına görə biz – orta əsr qalıqları repressiya etmişik. Ölüm düşərgələrində yəhudiləri qaz kameralarında yandıranlar da biz olmuşuq. Naqasaki və Xirosimaya atom bombası atıb, Vyetnamda, Kambocada 3 milyon bütpərəsti biz qətliam etmişik. Sələmçi bank sistemini müsəlmanlar qurub dünya iqtisadiyyatı onların əlindədi. Bütün müstəmləkə işğallarını müsəlmanlar edib.

 Gəlin arada düşünək...

 

Hüseyn Əsgərov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system