HAVA PROQNOZU:

İSLAM

Oxundu: 106
Mübarək Ramazan ayı həzrət Zeynul Abidin(ə) ın nəfəsi ilə

Mübarək Ramazan ayı həzrət Zeynul Abidin(ə) ın nəfəsi ilə

insan İmam Səccadın kəlamlarından faydalanıb pay əldə edə bilsə, İmam (ə)ın sözü ilə desək heç bir tacirin qaznmadığı bir sərvətə qovuşmuş olur.

İslaminSesi.info - Ramazan ayı həqiqətən də bərəkət dolu bir aydır. Bunu həm Qurani Kərim, həm mübarək hədislərimiz, həm də ki, mömünlərin qəlbi, bu ayın mənəvi abu-havası təsdiq edir. Allah-Təala Quranın Qədr surəsində təkcə bir qədr gecəsini min aydan xeyirli hesab edir. Bu gecədə yer əhlinə rəhm olunur, əfv edilir, ömrünə bərəkət qatılır. 

Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!
O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr 3-4)


İmam Səccad (ə) Mübarək Ramazan ayını Allah dostlarının bayramı adlandırıb. Həm bu ayı, hamdə bu ayın orucunu Allah Təalanın yer üzərinə ən üstün neməti kimi qiymətləndirib. İmama (ə) məxsus olan “ Səhiyeyi Səccadiyyə” kitabının 45-ci duasında belə buyurulur:

“İlahi öz nemətlərinlə dolu, bollu-bərəkətli Ramazan ayını və əməllərin ən əfzəli, üstünü olan oruc tutmağı bizə nəsib etmisən. Ramazan ayının əzəmətində, ona tay olacaq heç bir zaman yoxdur. Onun ən böyük üstünlüyü odur ki, Qədr gecəsini onda qərar vermisən. Bu aya Quranı nazıl eləmək kimi bir feyz və şirinliyi nəsib etmısən. Bu ayın oruc feyzini və şirinliyini yalnız müsəlmanlara nəsib etmisən, başqa ümmətlər bu feyzdən məhrumdurlar. Biz bu ayda sənin əmrini yerinə yetirmək üçün oruc tuturuq və onun gecələrini sənin köməyinlə oyaq qalıb ibadət edirik. Biz heç bir tacirin qazanmadığı sərvəti qazanırıq. Vaxtı bitəndə, müddəti sona yetəndə bizdən ayrılacaq ...”

Duanin davamı vardır, amma bura qədər insan duaya kəlmə kəlmə diqqət etsə nə qədər böyük bir ilahı feyzin içində olduğunu görər. Məsələn nemətlərin ən üstünü, əməllərin ən üstünü, zamanların ən əzəmətlisi, bir gecəsi min aya bərabər, Quranın endiyi ay, ən böyük qazanc,... və saydıqca bitməyən bərəkət və fəzilət. 


Həqiqətən insan bütün bu deyilənlərdən faydalanıb pay apara bilsə, İmam (ə)ın sözü ilə desək heç bir tacirin qaznmadığı bir sərvətə qovuşmuş olur.


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system