NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 2463
"

Mövsüm Səmədov 3 il müddətinə Qobustana göndərildi - Yenilənib (VİDEO)

Qaradağ rayon məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) lideri Hacı Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir.

 

İslaminSesi xəbər verir ki, məhkəmə prosesində ölkənin ictimaiyyət və media nümayəndələri, eləcə də çoxsaylı inanclı insanlar iştirak edirlər.

 

Məhkəmənin keçirildiyi zal kiçik olduğundan insanlar içəri buraxılmayıb. Hətta Doktor Səmədovun 12 yaşlı qızının da məhkəmə prosesini izləməsinə imkan verilməyib.

 

Hazırda məhkəmə prosesi davam edir, nəticə barədə məlumat veriləcək. 

 

************

14:12 

 

Doktor Mövsüm Səmədovun Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

 

"İslaminSesi" nin məhkəməni izləyən əməkdaşının verdiyi məlumata görə, prosesə sədrlik edən Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədov  doktor Mövsüm  Səmədovun 3 il müddətində Qobustan təcridxanasında cəza çəkməsinə qərar verib.  

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system