HAVA PROQNOZU:

İSLAM

Oxundu: 760
Mərhum şəxsin qəza namazlarını böyük oğuldan başqası da qıla bilərmi?

Mərhum şəxsin qəza namazlarını böyük oğuldan başqası da qıla bilərmi?

İslaminSesi bildirir ki, şəriətə görə hər kəs gündəlik namazlarını özü qılmalıdır, hətta ən çətin vəziyyətlərdə, yataq xəstəsi olduğu zaman da namazı tərk etmək olmaz.

Oxucu sual verir: Mərhum şəxsin qəza namazlarını böyük oğuldan başqası da qıla bilərmi?

Şəriətə görə hər kəs gündəlik namazlarını özü qılmalıdır, hətta ən çətin vəziyyətlərdə, yataq xəstəsi olduğu zaman da namazı tərk etmək olmaz. Amma müəyyən səbəb üzündən atanın qılınmamış qəza namazları varsa, bunları böyük oğul öz atasının əvəzində yerinə yetirməlidir. Əgər böyük oğul qəza namazlarını özü qılmasa, muzdla başqasına da qıldıra bilər.

 

Böyük oğul atanın qəza namazlarını qılmasa və qıldırmasa, başqa övladların boynunda vəzifə yoxdur. Ölünün oğlu olmasa, qızının da öhdəsində vəzifə yoxdur. Amma ölünün istənilən qohumu və ya dostu onun qəza namazlarını təmənnasız qıla bilər.

 

Məsələn, qız öz atasının qəza namazlarını qıla bilər, baxmayaraq ki, onun borcu deyil. İnsan öz qəza namazlarını muzdla qıldırmaq üçün vəsiyyət etmiş olsa, onun malının üçdən-bir hissəsindən bunun üçün muzd ayırıb verilməlidir. Vəsiyyət etməsə, qəza namazlarını həll etmək böyük oğlun vəzifəsidir.(İslam.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system