HAVA PROQNOZU:

İSLAM

Oxundu: 493
“Məqamu Rəsul-Hüseyn” nədir və hansı şəhərlərdə yerləşir?

“Məqamu Rəsul-Hüseyn” nədir və hansı şəhərlərdə yerləşir?

“Məqamu Rəsul-Hüseyn” İmam Hüseynin kəsilmiş mübarək başının dəfn edildiyi və yaxud da o mübarək başın müvəqqəti olaraq saxlanıldığı məkandır.

İslaminSesi - “Məqamu Rəsul-Hüseyn”-in Qahirədə də olduğu deyilir. Halbuki, İmam Hüseynin ailəsi əsir edilib Şama aparılan zaman və Kərbəla şəhidlərinin başları Dəməşqə aparılan zaman Qahirədən keçməyib.

 

Sual oluna bilər ki, bəs “Məqamu Rəsul-Hüseyn” hansı şəhərlərdə var və bu nə ilə bağlıdır?

 

İlk növbədə qeyd etmək lazımdır ki, şiə alimlərinin əksəriyyəti bu fikirdədilər ki, İmam Hüseynin başı daha sonra Kərbəlaya gətirilib və mübarək bədəninə mülhəq olub.

 

“Məqamu Rəsul-Hüseyn”-ə bəzən “Məşhədul-Hüseyn” də deyilir.

 

Hazırda İslam dünyasında “Məqamu Rəsul-Hüseyn”-ə aid  Kufə, Nəcəf, Mədinə, Kərbəla, Dəməşq, Rəqqa, Fələstinin Əsqəlan, Qahirə, Türkmənistanın Mərv, Hələb və  Əfqanıstanın Gündüz şəhərində məqamlar və ziyarətgahlar var.

 

Yaqut Həmavi Mucəm əl-Buldan əsərində və Sibt İbni-Couzi Təzkirətul-Xəvas kitabında yazırlar ki, Fatimi xəlifələri İmam Hüseynin Əsqəlanda dəfn edilən mübarək başını oradan Qahirəyə köçürdülər və ondan sonra hazırda Qahirədəki Məscidul-Hüseyndə dəfn edilir.

 

Dəməşqdə də “Məqamu Rəsul-Hüseyn” var. Bir çoxları İmam Hüseynin mübarək başının məhz Dəməşqdə dəfn olunduğunu deyirlər. Burada Fəradis Darvazası və Dəməşqin Məscidinin adı daha çox hallanır.

 

Rəqqa, Hələb, Kufə və Nəcəfdə də “Məqamu Rəsul-Hüseyn”-in olması İmamın kəsilmiş mübarək başının buradan keçməsi qısa bir zaman üçün burada saxlanılması ilə əlaqədardır.

 

Şiə alimlərindən Şeyx Səduq, Seyyid Murtəza, İbni-Numa əl-Hilli, Seyyid ibni-Tavus, Şeyx Bəhayi, Əllamə Məclisi və sairləri isə İmam Hüseynin mübarək başının Kərbəlaya gətirildiyini deyirlər.

 

“Məqamu Rəsul-Hüseyn”-in Türkmənistanın Mərv və Əfqanıstanın Mərv şəhərində olması isə əsasən əsrlər boyu yerli əhali arasında yayılan əfsanələrə daha çox bənzəyir.

 

İslaminSesi “Məqamu Rəsul-Hüseyn” -in Nəcəf, Əsqəlan, Qahirə, Gündüz, Hələb və Dəməşqdəki ziyarətgahlarının fotolarını təqdim edir

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system