HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 1201
“Məhəmməd Rəsulullah (s)” filmi haqqında qərəzlərə tutarlı cavab

“Məhəmməd Rəsulullah (s)” filmi haqqında qərəzlərə tutarlı cavab

"Eşqin Şəhidi" "Eşqin Elçisi" kimi bir sıra Kərbəla mövzulu kitabların müəllifi Əhməd Turqut son günlərdə gündəmdə olan və bir çox mübahisələrə səbəb olmuş "Allahın elçisi: Hz. Məhəmməd" filmini dəyərləndirib. İslaminSesi həmin yazını sizə təqdim edir.

"Mecid Mecidinin 5 illik bir zəhmət və 30 milyon dollar büdcə ilə çəkdiyi "Allahın elçisi: Hz. Məhəmməd" filmi bir barədə bir çox tənqidlər və təriflər eşidir və  oxuyuruq. Bu tənqidləri bir kənara qoyaraq ilk öncə film barədə öz fikirlərimi bölüşmək istəyirəm. 

 

İlk öncə kinmotoqrafiyası....

 

Məkan, kostyumlar, dekorasiya və özəl effektləri olan çox gözəl bir filmdir. 30 milyon dolların tamamilə haqqını vermiş bir zəhmətdir. Xüsusilə Fil hadisəsinin verildiyi səhnə möhtəşəmdir. Elə buradan başa düşmək mümkündür ki, şərqli rejissorlara imkan verilsə hollivudlu həmkarları qədər gözəl filmlər çəkə bilərlər. 

 

Görkəmlilik baxımından isə deyə bilərik ki, bu film "Çağrı"dan da möhtəşəmdir. Ssenarinin diktə etdiyi duyğulu anlar kifayəyt qədərdir. Filmi izləyərkən özünüzlə mütləq dəsmal götürün. 

 

 

Lakin filmin musiqisi haqqında bunu deyə bilmərik. Ola bilsin ki, filmdəki musiqi qərbli izləyicilərin ürəyini tərpətsin, amma bir şərqli üçün bu bir az yad gələn musiqidir. 

 

O ki, qaldı rollara, bu sadəcə misilsizdir. Xüsusilə Abdulmütallib, Əbu Talib və Xədicə rollarını oynayanlar möhtəşəmdilər. Əlavə olaraq onu deyə bilərik ki, eyni ilə "Çağrı" filmində olduğu kimi bu filmdə də sərt keçidlər var. Yəni, İslam tarixi ilə tanış olmayanlar bəzən bu sərt keçidləri anlamaya bilərlər. Lakin bunu da qeyd etmək lazımdır ki, bu rejissorun günahı deyil, ssenari bunu belə tələb edib. 

 

Əgər bu filmi "Çağrı" filmi ilə müqayisə etsək  belə deyə bilərik ki, bəhs olunan film müharibələr, döyüş səhnələri ilə zəngin idisə, Məcidinin filmində belə deyil.  "Allahın elçisi: Hz. Məhəmməd" filmində peyğəmbərin (s) rəhmət  və sevgi missiyası qabardılıb. 

 

Peygəmbərimizin(s) uşaqlıq vaxtı hissəsində isə Hz.Məryəm və Hz. İsaya (ə) çağırışlar edilir və bununla da bütün peyğəmbərlərin qardaşlığı mesajı verilir. Bənzər mesaj filmin sonunda dəniz epizodu ilə yəhudi şüuralıtına da göndərilir. 

 

Filmdə öz kitabına və adətlərinə sadiq keşiş və xaxamların son peyğəmbər haqqında mesajlarının olmasına rəğmən bəzi din adamlarının dünyəvi mənfəətlərinə görə bunu inkar etmələri həsaslıqla vurğulanıb. Filmin sonlarında oxunan ayə, kitab əhli ilə necə dil tapa biləcəyimizi bizə xatırladır. Bununla da İslamın rəhmət və sevgi rolu qabardılır  və islamafob təbliğatlara cavab mahiyyətində mesajlar verilir. 

 

Gələk insanların dayanmadan tənqid atəşinə tutmağının səbəblərinə. Onlar bu yersiz tənqidlərlə yalnız aşağıda saydıqlarımıza nail olmaq istəyirlər:

 

1) Ey müsəlmanlar, Peygəmbəriniz (s) haqqında film çəkməyin! Onun mesajlarını köhnə və nağıl formasında saxlayın! Geniş kütlələrə, gənclərinizə və uşaqlarınıza onu müasir üsulla xatırlatmayın!

 

2)Ey müsəlman rejissorlar, 40 il fasilə ilə olsa da Peygəmbərimizin(s) haqqında film çəkməyin, yoxsa ananızdan əmdiyiniz südü burnunuzdan gətirərik. Sonra yenə bir yerdə oturan kimi niyə bizdə də Hz. İsa(ə) və ya Hz. Musa(ə) haqqında çəkilən filmlər kimi filmlər çəkilmir deyə siz rejissorlara söyərik.

 

3) Ey sünnilər, iranlıların çəkdikləri filmləri izləməyin!  Hollivudun on minlərlə filminin çözə bilmədiyi məsələni İran kinomotoqrafiyası iki filmlə həll edə bilir. 

 

 

Ən son olaraq bu filmi çəkənlərə dərin təşəkkürümü bildirirəm. Niyyətlərinin və əməllərinin əvəzini Peyğəmbərimizin(s) əlindən alsınlar."

 

Əhməd Turqut/Ekran Qazetesi

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system