HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 795
"

Məcburi köçkünlər: “Etirazımızı bildirmək üçün ayağa qalxacağıq”

"Bu problemi həll etməkdənsə, sayğac quraşdırıb, güzəranımızı bir az da çətinəşdirirlər"

Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində yaşayan məcburi köçkünlər illərdir ki, acınacaqlı durumda yaşayırlar. Yataqxana binasında məskunlaşan yüzlərlə ailənin həyatı təhlükədədir. Yan-yana olan 4 bina qəzalı vəziyyətdədir. Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu binalarda yaşamağın təhlükəli olduğuna dair rəy verilib. Bütün bunlara baxmayaraq, aidiyyatı qurumlar bundan nəticə çıxarmır, köçkünlər illərdir qəza-ölüm qorxusu ilə yaşayırlar.

 

Binaların bəzisi yarımçıq və açıq olduğundan yağan yağış suları dəhlizlərə dolur. Otaqların divarları çatlayıb, rütubət iyindən durmaq olmur. Evlərin içərisindən baxanda bayır görünür. Qaz, su, elektrik xəttləri hörümçək toru kimi binanı sarıb. Bu binalarda yaşamaq azyaşlı uşaqlar üçün təhlükəlidir. Hətta bir çox bədbəxt hadisələr də baş verib. Cəbrayıl rayonundan məcburi köçkün olan ailənin 5 yaşlı uşağı yuxarı mərtəbədən yıxılaraq ölüb.

 

"İslaminSesi" bildirir ki, Musavat.com-a danışan sakinlər evlərinə elektrik sayğaclarının quraşdırılacağını dedilər: “ İşıq idarəsinin işçiləri gəlib, əraziyə baxış keçirdilər. Məlum oldu ki, qaçqınların evlərinə də sayğac quraşdırılacaq. Dolanışığımızı güclə çatdırırq. 20 ildir bir otağın içində 6-7 nəfər yaşayırıq. Bu problemi həll etməkdənsə, sayğac quraşdırıb, güzəranımızı bir az da çətinəşdirirlər. Əgər bu qayda tətbiq edilsə, etirazımızı bildirmək üçün ayağa qalxacağıq”.

 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system