NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 198
Londonda məsciddən çıxan müsəlmanlara avtomobillə hücum edilib - 10-dan çox yaralı

Londonda məsciddən çıxan müsəlmanlara avtomobillə hücum edilib - 10-dan çox yaralı

İslaminSesi-nin vesti.ru-ya istinadla verdiyi məlumata görə, Londonun şimal-şərqində Finsbury Park Mosque məscidindən çıxan müsəlmanlara mikroavtobusla hücum edilib.

Hadisə məscid yanında müsəlmanların gecə ibadətlərini yerinə yetirdiklərindən sonra evlərinə qayıtdıqları vaxt törədilib. KİV-in məlumatına görə, 10-dan çox insan yaralanıb, bir nəfər həlak olub.

 

Böyük Britaniya Müsəlmanları Şurası hadisəni islamofobiyanın biabırçı təzahürü adlandırıb. "Son həftələr və aylar müsəlmanlar çoxlu islamofobiya hadisələrinə dözməli olublar və bu, onun ən biabırçı təzahürüdür", - təşkilatın baş katibi Harun Xan bildirib. O, baş verənləri terror aktı kimi xarakterizə edib.

 

Hücum edən şəxs müsəlmanlar tərəfində yaxalanaraq polisə təslim edilib.

 

 

 

 

Evening Standard qəzeti yazıb ki, avtomobil səkidə insanları vurduqdan sonra ondan bir nəfər əlində bıçaqla çıxıb. İnsanlardan birinin bıçaq yarası aldığı bildirilir. Lakin polis insanların mikroavtobusla vurulmasından sonra bıçaq xəsarət almaları barədə məlumatları təkzib edib. Hücum edənlər ümumilikdə üç nəfər olub. Onlardan ikisi hücumu törətdikdən dərhal sonra avtomobildən çıxaraq qaçıblar.

 

Tereza Mey bildirib ki, polis insidenti mümkün terror aktı kimi araşdırır. "Polis təsdiqləyib ki, bu (hadisə - İS), mümkün terror aktı kimi baxılır. Mən bu səhər fövqəladə iclas keçirəcəyəm", - o, bildirib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system