NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 114
Londonda 24 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 30-a yüksəlib

Londonda 24 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 30-a yüksəlib

İslaminSesi-nin RİA-ya istinadla verdiyi məlumata görə, Londonda hündürmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın nəticəsində həlak olanların sayı 30-a yüksəlib. Bunu jurnalistlərə polis nümayəndəsi Stüart Kandi bildirib.

Bundan öncə yanğın nəticəsində həlak olanların sayının 17 nəfər olduğu bildirilirdi.

 

Kandi, polisin həlak olanların sayının artacağını gözlədiyini bir daha xatırladıb.

 

Xatırladaq ki, hadisə çərşənbə gününə keçən gecə baş vermiş, yanğın binanın 14-23-cü mərtəbələrini əhatə etmiş, ümumilikdə 120 ailə yanğından xəsarət almışdı.

 

Ölkənin "The Sun" nəşri bu gün 65 nəfərdən ibarət siyahı yayımlayıb ki. bu şəxslər itkin düşmüş hesab edilirlər və ya hadisə nəticəsində həlak olublar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system