HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 79
Lockheed Martin 11 ölkəyə rekord sayda F-35 qırıcısı satacaq

Lockheed Martin 11 ölkəyə rekord sayda F-35 qırıcısı satacaq

Lockheed Martin şirkəti ABŞ da daxil olmaqla on bir ölkəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışı barədə danışıqların son mərhələsindədir.

İslaminSesi-nin verdiyi məlumata görə, bu barədə Reuters agentliyi danışıqlara yaxın olan iki anonim mənbəyə istinadla xəbər verir.

 

Satışın ümumi məbləği 37 milyard dollardan artıq, satılacaq qırıcı təyyarələrinin sayı isə 440 ədəddir. Satışın həyata keçiriləcəyi ölkələrə Avstraliya, Danimarka, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Türkiyə, Cənubi Koreya, Böyük Britaniya ABŞ və sionist İsrail daxildir.

 

Qeyd edək ki, F-35 qırıcılarının yekun qiyməti hələlik tam təyin edilməyib, lakin onun birinin qiymətinin 85 milyon dollar olacağı gözlənilir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system