NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 172
Lənkəranda qan çatışmazlığı yaranıb - Aksiya keçiriləcək

Lənkəranda qan çatışmazlığı yaranıb - Aksiya keçiriləcək

Lənkəranda qanvermə aksiyası keçiriləcək

Ölkədə talasemiyya xəstələyindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Təkcə Lənkəranda onların sayı 40 nəfərdir. Bu isə təkcə bir bölgə üçün kiçik rəqəm deyil.

 

Çünki talasemiyya xəstələrinə ay ərzində ən azından 2 dəfə qan köçürülür. Mərkəzi Qan Bankının Lənkərandakı şöbəsində isə obyektiv səbəblərdən bu tələbi həmişə ödəmək olmur. Səbəb isə sadədir - xəstələrin sayı çox, donorların isə azdır.

 

"İslaminSesi" Milli.Az-a istinadən xəbər verir ki, bunu nəzərə alaraq bir qrup gənc Lənkəranda "Qan ver, yaşat" xeyriyyə aksiyası keçirmək qərarına gəlib. Artıq Mərkəzi Qan Bankının Lənkəran şöbəsi də xeyriyyə təşəbbüsünə qoşularaq qan tədarükü edilməsinə razılığını verib.

 

Mütəmadi olaraq keçirilməsi planlaşdırılan aksiyalardan birincisi yanvar ayının 20-si, Milli Matəm Günündə keçiriləcək. Aksiya 20 yanvar saat 09:00-dan 17:00-dək Lənkəran şəhər MirMustafaxan küçəsi 9 ünvanında yerləşən İnkişaf Təhsil Mərkəzinin ofisində təşkil olunacaq. ("Qala" şadlıq evi və ARB Tv-nin yanı) "Qan ver, yaşat" aksiyasına hər kəs qoşula bilərlər. (Əlaqə nömrəsi: 0558966687)

 

Qan Bankında tədarük olunan qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdiriləcək, daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən müxtəlif qəzalarda və cərrahiyyə əməliyyatlarda qan itirmiş şəxslərə köçürüləcək.

 

Xatırladaq ki, qan donoru olmağın insan sağlamlığına müsbət təsirləri çoxdur. Donor olmaqla insan həm öz sağlamlığınız qayğısına qalmış, həm də qana ehtiyacı olan xəstələrinin həyatını xilas etmiş olur.

 

Hər bir insan donor kimi hər 2-3 aydan bir qan verə bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system