NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

Oxundu: 2573BÜTÜN YAZILAR
Həyat adamı sancmasa yaşayammaz, bitər, tükənər...
Ilqar Kamil
Həyat adamı sancmasa yaşayammaz, bitər, tükənər...
12:05, 03.06.2016

Həyatdı da bu – bildiyimiz həyat. Neyləsin? Sənin nazını çəksin? Yəni sənin həyatdan gözləntin budu?

İslaminSesi üçün

 

"Sən döyərsən, ya məən?" - deyə bəzən uşaqlar çıxar qarşımıza məhəllədə, sinələrini qabağa verib bizə meydan oxuyarlar.  "Əlbəttə sən!" - dərhal gülə-gülə cavab verərik hamımız; Nə kefimiz pozular, nə paqonumuz düşər. Əksinə, ləzət eliyər onların bu cəsarəti; əyilərik, yanaqlarından çimdik götürər, qollarının əzələsinə də toxunarıq əlimizlə. Gözlərimizi bərəldib, "Ay aman, sən nə çox güclüsən" sözlərin də də əsirgəmərik onlardan. Bəli , böyüklük etmək çətin olmaz belə məqamlarda. Di gəl ki, eyni vəziyyət bir tay-tuşumuzla, həmyaşıdımızla, həmkarımızla, həmsəfərimizlə yaşansa necə? Təsəvvür edin, yaşıdımız biri kəsir qarşımızı və bənzər bir sayqısızlıq edir bizə.  Onun da üzünə gülə bilərik? Ağzının payını vermədən keçə bilərik?

 

Nə danışırsınız! Elə şey olar?! Xarizmamız pozular axı! Kənardan baxan nə deyər? "Qorxdu" deməz? Deyər. “Qaçdı” – deməz? Deyər. “Susdu” deməz? Deyər...

 

Odur ki, dərhal verərik cavabını - beş də artıq! Nədən ki, biz də elə onun kimiyik, balacayıq, cılızıq, böyüməmişik, yoxsa heç baş qoşarmıydıq böyük görkəmli o "uşağa"? Yox, qətiyyən. Onu - özümüzü qorxmuş, hürkmüş, narahat göstərməklə hətta sevindirərdik də.

 

Belə baxanda, siz Allah, elə həyat da əslində bap-balaca uşaq deyilmi? Üstəlik, qadın cinsi. Yəni zərif, incə, ərköyün. Yəni sancmaq onun peşəsi, sənəti, fərdiliyi, xarakteridir. Həyat, qardaş canı, adamı sancmasa yaşayammaz, bitər, tükənər. Həyatdı da bu – bildiyimiz həyat. Neyləsin? Sənin nazını çəksin? Yəni sənin həyatdan gözləntin budu? Budur ki, o sənə vəfa qılsın? Sadiq qalsın? Heç xətrinə dəyməsin? Sən “Fatı qalx, Fatı, otur” deyəsən o da bircə-bircə icra eləsin? Belə düşünürsənsə sən həyatı heeç tanımamısan! Hə-yat,  yəni badalaq, təpik, sillə, çimdik...

 

Belə olan halda sən də durub ciddi-ciddi cavab ver onun çimdiklərinə. Nə gülə bil, nə laqeyd qala. Ayıb deyilmi? Bəs böyüklüyün harda qaldı? Həyatdı da, uşaqdı, dinc durammadı bir dənə badalaq atdı sənə, sən də qaşlarını çatıb dərhal qarşılıq ver ona; əsəbiləş, özündən çıx və daha nələr-nələr. Gülməli deyilmi? Qoy ilişsin, qardaş canı, gül keç, ağzında uşaq deyirsən. Nə demiş şair:

 

Əgər ki Məcnunda yox idi meyli

Nədən o qədər kuzələrin içindən yalnız Məcnunun kuzəsini sındırırdı Leyli?...

YAZARIN DİGƏR YAZILARI