HAVA PROQNOZU:

İSLAM

Oxundu: 1111
Kərbəla vaqeəsinin tarixi hansı yolla bizim əlimizə çatmışdır?

Kərbəla vaqeəsinin tarixi hansı yolla bizim əlimizə çatmışdır?

İmam Hüseynin həyat yoldaşı Rübabın qulamı da diri qalmışdı. O da bir çox hadisələri nəql emtişdir. Əlbəttə, o, İmamın kənarında vuruşurdu. Lakin nəticədə əsir düşdü

Ola bilər ki, bəzilərini belə bir sual düşündürsün: Məgər İmam Hüseynin bütün tərəfdarları şəhid oldu? Bəs onda kim Aşuranı bu təfərrüatları ilə rəvayət etmişdir? Aşura vaqeəsinin rəvayətlərinə etimad etmək olarmı? Düzdür, İmam Hüseynin tərəfdarları şəhid oldu, ancaq Aşura əhvalatı həmin səhrada itib batmadı.


İmam Hüseyn Aşurasının raviləri aşağıdakı simalardır:


1. Həmid ibn Müslim Əzdi: Həmin dövrdə baş vermiş bir çox tarixi olaylar Übeydullah ibn Ziyadın ordu səlnaməçisi Həmid ibn Müslim Əzdidən nəql olunmuşdur. Rəsmi idi ki, böyük yürüşlərdə bir səlnaməçi baş verən hadisələri qeydə almalı idi. Übeydullah ibn Ziyadın da tarixçisi vardı. Nəql olunmuşdur ki, həmin fərd Şimrin İmam Səccadı öldürməsinə mane olmuşdur. Məhz bu səbəbdən Muxtar Kufəyə hakim olduqda ona aman vermişdir.


2. İmam Səccad və həzrət Zeynəb: Bir başqa hissəsi də İmam Zeynəlabidin və məşhur nəzərə görə həmiin dövrdə 4 yaşı olmuş İmam Baqir tərəfindən bizə yetişmişdir. Həzrət Zeynəb və karvanın digər xanımlarının da bu vaqeənin nəql olunmasında böyük rolları olmuşdur.


3. Düşmən ordusunun cinayətkarları: Kərbəla cinayətkarlarının böyük hissəsi Təvvabinin, Muxtarın qiyamı baş verməzdən öncə iftixarla Aşura hadisəsindən söz açırdılar. Elə Muxtar bu məlumatlar sayəsində onları axtarıb-tapdı və intiqam aldı. Onlardan xeyli hissəsi ölüm anında törətdikləri cinayətləri bəyan etmişlər. Məsələn, bunlar Muxtarnamədə izah olunmuşdur: Xulinin edamından öncə etirafını buna misal çəkmək olar.


4. İmamın sağ qalmış tərəfdarları: İmamın tərəfdarlarından olmuş Zəhhak ibn Abdullah Məşriqi adlı birisi meydandan qaçmışdı. Bu fərdin İmamla şərt kəsdiyi və imamın bu şərti qəbul etdiyi qeyd olunub. Belə ki, o,hətta xeyməyə bir at gətirib zamanı çatanadək ona baxmışdır. Hətta həzrət Abbas şəhid olanadək də orada qalmışdı. Lakin işin axırlarında İmamdan icazə aldı və izn aldıqdan sonra qaçdı. Kimsə də onu yaxalaya bilmədi. O da xeyli hadisələri və şəhadətə çatma anlarını bəyan etmişdir.


İmam Hüseynin həyat yoldaşı Rübabın qulamı da diri qalmışdı. O da bir çox hadisələri nəql emtişdir. Əlbəttə, o, İmamın kənarında vuruşurdu. Lakin nəticədə əsir düşdü.


Düşmən qoşunu onu azad etdi. Çünki belə düşünürdülər ki, o, qulam olmuş və ağalarının əmrlərinə tabeçilik göstərmişdir.


Hazırladı: Fərid Abdulla

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system