NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 126
İxlasla “Ya Rəhim”  zikrini deyən sonsuz qadının əhvalatı

İxlasla “Ya Rəhim” zikrini deyən sonsuz qadının əhvalatı

İxlasla “Ya Rəhim” zikrini deyən sonsuz qadının əhvalatı

İslaminSesi.info - Bir gün bir qadın Həzrəti Musa (ə) yanına gəlib onun üçün dua edib, övlad istəməsini dilədi. Qadın dedi:


-Ey Musa mən övladı olmayan bir qadınam, mənim  heç vaxt övladım olmur. Allahı Təalanı çağırıb mənim üçün dua et, mənə övlad bəxş etsin.

Musa (ə) dua edib rəbbindən o qadın üçün övlad dilədi. Allahdan nida gəldi:

-Ey Musa mən o qadını əqim (sonsuz) qərar vermişəm.


Həzrəti Musa (ə) geri dönüb olanları qadına xəbər verib dedi ki: Allah Təala (ə.c) xəbər verdiki, Mən o qadını əqim  qərar vermişəm.


 Qadın da kədərli halda geri dönüb getdi. Üstündən bir müddət keçdikdən sonra yenə gəlib Musa (ə)dan onun üçün Allahdan övlad diləməsini istədi və dedi:
- EyMusa (ə) rəbbinə dua edib mənim üçün övlad istə!


Musa (ə) peyğəmbər bir daha rəbbi ilə münacata gedib qadın üçün dua etdi. Bu zaman nida gəldi – Ey Musa (ə) mən onu əqim  qərar vermişəm. Bu mənim onun haqqında olan hökmümdür. 


Həzrəti Musa (ə) geri dönüb qadına olanları xəbər verdi. Qadın yenə hüzünlü halda geri döndü. Üstündən bir il sonra qadın qucağında bir süd əmər körpə ilə Musa (ə)ın yanına gəldi. Uşaqı görən Həzrəti Musa (ə) təəccüblə soruşdu – Bu uşaq kimindir?
Qadın: Mənim övladımdır
Musa (ə): Allah Təala səni Əqim qərar vermişdi. Necə oldu?
Qadın: Bəli. Sadəcə dua edib çağırdım Ya Rəhim mənə övlad əta et. O da əta etdi.


Musa Peyğəmbər (ə) dua edib dedi – İlahi bu necə olur Sən onu əqim qərar vermişdin?
Allah Təaladan nida geldi:- Ey Musa əqim olmasına höküm etdiyim o kəs dua edib məni Ya Rəhim deyə çağırdı. Mənim Rəhmaniyyətim  və rəhmətim onun haqqında olan hökümdən önə keç di, onun haqqında olan hökmü dəyişdirdim. Çünki o Məndən naümüd olmadı Ya Rəhim deyə məni çağırdı. Məndə onun çağırışını qəbul edib duasını müstəcəb etdim. Həqiqətən Allahın rəhmətindən yalnız kafirlər ümüdsiz olar.

Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system