NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 881
"

İran öz ərazisindən Suriyada İŞİD mövqelərini ballistik raketlərlə vurub

Sepah, iki həftə öncə Tehranda törədilən hücumlara cavab olaraq, İŞİD-in Dirazzurdakı mövqelərini ballistik raketərlə hədəfə alıb.

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun  (Sepah) mətbuat xidməti məlumat yayıb.

 

Sepah bildirib ki ölkənin Kürdüstan və Kermanşah əyalətlərində ona məxsus hərbi qərargahlardan 6 ədəd qurudan quruya tipli ballistik raketlərlə Suriyadakı İŞİD mövqeləri hədəfə alınıb.

 

Əlavə edilib ki, bu əməliyyatda İŞİD-in Dirazzur şəhərindəki anbarları və toplantıları hədəfə alınıb. Sepah hədəflərin dəqiqliklə vurulduğunu bildirib.

 

Bu ilk dəfədir ki İran öz ərazisindən Suriyada İŞİD-in mövqelərini ballistik raketlərlə hədəfə alır. İranın bu dəfə istifadə etdiyi orta mənzilli ballistik raket olub və 650 km məsafədə yerləşən hədəfi vurub. Bir çox ekspertlər İranın bu addımını bölgədə ABŞ, İsrail və Səudiyyə kimi ölkələrə ciddi mesaj olduğunu bildirirlər.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system