HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 80
"

İran ballistik raketlərlə vurduğu İŞİD mövqelərinin görüntülərini yayımladı

İran Dirazzurda İŞİD mövqelərinin ballestik raketləri ilə vurulma anlarını nümayiş etdirib

İslaminSesi.info bu barədə TasnimNews-a istinadla məlumat verir.

 

Bundan öncə İran İslam İnqilabı Keşikçilər Korpusunun  (Sepah) mətbuat vermişdi ki, Suriyanın Dirazzur şəhərində İŞİD mövqelərini “Zülfüqar” adlı 6 ədəd ballistik raketləri ilə hədəfə alıb.

 

Sepah bildirib ki, ölkənin Kürdüstan və Kermanşah əyalətlərində ona məxsus hərbi qərargahlardan 6 ədəd qurudan quruya tipli ballistik raketlərlə Suriyadakı İŞİD mövqeləri hədəfə alınıb.

 

Əlavə edilib ki, bu əməliyyatda İŞİD-in Dirazzur şəhərindəki anbarları və toplantıları hədəfə alınıb. Sepah hədəflərin dəqiqliklə vurulduğunu bildirib. 

 

Bu ilk dəfədir ki, İran öz ərazisindən Suriyada İŞİD-in mövqelərini ballistik raketlərlə hədəfə alır. İranın bu dəfə istifadə etdiyi orta mənzilli ballistik raket olub və 650 km məsafədə yerləşən hədəfi vurub. Bir çox ekspertlər İranın bu addımını bölgədə ABŞ, İsrail və Səudiyyə kimi ölkələrə ciddi mesaj olduğunu bildirirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system