HAVA PROQNOZU:

İSLAM

Oxundu: 505
İmamət nə üçün İmam Hüseynin (ə) övladları vasitəsilə davam edib?

İmamət nə üçün İmam Hüseynin (ə) övladları vasitəsilə davam edib?

İmam Həsənlə İmam Hüseynin hər ikisinin imam və məsum olduğu halda, Peyğəmbərin hədislərinə əsasən hər ikisinin Cənnət gənclərinin ağaları olduğu halda niyə İmamət məhz İmam Hüseynin övladlarının vasitəsilə baş tutub?

İslaminSesi – Peyğəmbərin seçilməsi insanlar tərəfindən deyil. Peyğəmbəri Allah seçir. Çünki Allah yalnız insanların daxilini və onların mənfi və müsbət xüsusiyyətlərini olduğu kimi müəyyənləşdirə bilir. İmamət də belədir. İmamları seçmək Allahın işidir. Bu dini ədəbiyyatda “İmamətin seçilməsi intisabidir, intixabi deyil” kimi ifadə olunur. İmamlar insanlar tərəfindən demokratik seçkilər və sair yollarla seçilmirlər. Məhz buna görədir ki “İmamət niyə İmam Həsənin övladı olan həzrət Qasim vasitəsilə deyil, İmam Hüseynin övladı olan həzrət Səccad vasitəsilə davam edir" sualı düzgün deyil. Əslində bu sırf Allaha məxsus bir iş olduğuna görə, buna cavab təfərrüatla verilmir.

 

Əlavə olaraq, İmamların adlarının və onlarının hansı tərtiblə gəlməsini əks etdirən hədis də peyğəmbərdən nəql edilib və burada İmamətin İmam Hüseynin övladları vasitəsilə davam edəcəyi bildirilib. Şeyx Süleyman Gündüzi bu hədisi Yənabiul-Məvəddə əsərində gətirib.

 

Burada başqa bir məqam da var. Əgər İmamət İmam Həsənin övladları vasitəsilə davam etsəydi yenə eyni sual ortaya çıxa bilərdi. Bu suala ona görə təfərrüatlı cavab verilmir ki, çünki Allaha məxsus bir işdir.

 

Qurani-Kərimdə də gəldiyi kimi İbrahim peyğəmbər Allahdan İmamətin elə onun nəsli ilə davam etməsini istəyəndə Allah ona “Mənim əhdim zalımlara (günah edənlərə) çatmaz” deyə cavab verir . Bu ayə İmamətin kimə verilməsinin sırf Allaha məxsus olduğunu göstərir.

 

Səhabələrdən biri Müfəzzəl İmam Sadiqdən İmamətin İmam Hüseynin övladları vasitəsilə davam etməsinin səbəbini soruşanda İmam ona belə cavab verir:

 

“Musa və Harun hər ikisi Peyğəmbər və Rəsul idilər. Onlar həm də qardaş idilər. Amma peyğəmbərlik Musa deyil, Harunun balaları vasitəsilə davam etdi. Heç kəs Allah niyə belə etdi deyə bilməz. Çünki o hikmət sahibidir. Ondan niyə belə etdin soruşmaq olmaz." (Biharul-Ənvar cild-63, səh-66)

 

Hədislər arasında İmamətin İmam Hüseynin övladlarına verilməsilə bağlı bir hədis gəlib. Qeyd edilir ki İmam Hüseyn Aşura kimi faciəyə dözdüyü üçün İmamət onun övladlarına verilir. Bu Allahın hikmətli qərarının səbəblərindən biri ola bilər.

 

Digər bir hədisə görə yalnız İmam Hüseynin türbətini yemək olar. Bu digər imamların türbətinə aid deyil.

 

Hədislərə əsasən İmam Həsən və İmam Hüseyn hər ikisi imamdırlar. İstər qiyam etsinlər istərsə də sükut etsinlər.

 

Ümumiyyətlə imamların rütbələrinə görə onlar heç vaxt bir-birlə fərqlənməyiblər. Allah Quranda “Peyğəmbərlər arasında fərq qoymuruq” buyurduğu kimi. İmam Həsən İmam Hüseynin zamanında yaşasaydı Aşura qiyamını edərdi və faciə də onun başına gələrdi. Həmçinin İmam Sadiq İmam Əlinin zamanında olsaydı elmi hərəkatla deyil, elə hz Əlinin etdiyi kimi Nəhrəvan və Suffeyn döyüşlərinə qatılardı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system