NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 849
İmam Zaman (ə) babası İmam Hüseyni (ə) necə vəsf edib?

İmam Zaman (ə) babası İmam Hüseyni (ə) necə vəsf edib?

Zəmanəmizin İmamı olan İmam Mehdi babası Hüseyn ibni Əlini və onun qiyamını necə dəyərləndirib?

İslaminSesi – Zəmanəmizin imamı İmam Zamandır. O hazırda Allahın yer üzündə höccətidir. Hədislərdə var ki, İmam Zaman da İmam Hüseyn əleyhissalama növhə deyər, rövzə oxuyar əzadarlıq saxlayardı.

 

İmam Zaman babasının sifətlərini və qiyamının mahiyyətini vəsf edərək ona xitabən deyərdi:

 

كنت للرسول ولدا ، وللقرآن سندا  ، وللأمة عضدا  ، وفي الطاعة مجتهدا "
حافظا  للعهد والميثاق ، ناكبا  عن سبيل الفساق ، تتأوه تأوه المجهود ، طويل
الركوع والسجود ، زاهدا  في الدنيا زهد الراحل عنها ، ناظرا  إليها بعين المستوحش
"منها

 

"Ey, Hüseyn(əleyhissalam)! 


Sən Allahın Rəsulunun (s) (layiqli) övladı idin.


Sən Qurani-Kərimin sənəd və sübutu idin.


Sən ümmətin bilək və gücü idin.


Allah Təalaya itaətdə çox çalışqan idin.


Əhd-peymanında və söz verməkdə vəfalı idin.


Aşkara günah edən fasiqlərin tutduqları yoldan bizar (uzaq) idin, ah çəkirdin, zəhmətkeş və əziyyət çəkən adamın ahı kimi.


Sənin səcdə və rükuların uzun idi, 


Sən dünyaya zahid və təqvalı idin.


Sənin zahidliyin (dünyaya meylsizliyin) dünyadan köçmək anında


dünyadan əl çəkən və qorxu gözü ilə dünyaya baxan insanın zahidliyi kimi idi."


(Biharul ənvar 98-ci cild 239-cu səhifə 17-ci bab 38-ci hədis)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system