HAVA PROQNOZU:

İSLAM

Oxundu: 432
Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip

Həyatda aramlıq və rahatlıq - 5 qızıl prinsip

İslaminSesi bildirir ki, Məşhur ariflərdən biri olan Rəcəb Əli Xəyyatdan soruşdular: Nə üçün həyatda bu qədər rahat və aramsan?

 O, belə cavab verdi: Neçə illik mütaliə və təcrübədən sonra həyatımı beş prinsip əsasında qurdum:

 

1) Başa düşdüm ki, mənim ruzimi kimsə yemir, ona görə rahat oldum! Arifin bu iddiasına sübut:«Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin»- Hud surəsi, 6-cı ayə; 2)

 

2) Başa düşdüm ki, Allah məni görür, ona görə həya etdim! Arifin bu iddiasına sübut: «Həqiqətən, Allah nə etdiklərinizi görəndir!»- Bəqərə surəsi, 110-cu ayə ;

 

3) Başa düşdüm ki, mənim işimi başqası görmür, ona görə çalışdım! Arifin bu iddiasına sübut: «İnsana ancaq öz zəhməti qalar!»- Nəcm surəsi, 39-cu ayə;

 

4) Başa düşdüm ki, işin sonu ölüm deyil, ona görə hazır oldum! Arifin bu iddiasına sübut: «De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir» Cümə surəsi, 8-ci ayə; 5)

 

5) Başa düşdüm ki, pislik və yaxşılıq itmir və nəhayət nə vaxtsa mənə tərəf qayıdacqlar, ona görə yaxşılıq etməyi artırdım və pisliyi azaltdım! Arifin bu iddiasına sübut: «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir»- Zəlzələ surəsi, 7-ci və 8-ci ayələr:  Kim dünyada hər hansı bir yaxşı əməli yerinə yetirsə onun mükafatını Allah tərəfindən mütləq alacaqdır, istər bu dünyada istərsədə o dünyada (7-ci ayənin izahı); Kim bu dünyada hər hansı bir pis əməli yerinə yetirsə Allah Allah tərəfindən onun cəzasını mütləq çəkəcəkdir, istər bu dünyada istərsədə o dünyada.(8-ci ayənin  izahı)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system