NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 168
Hətta İbni-Sina belə vəhhabilərin təkfirindən amanda qalmadı

Hətta İbni-Sina belə vəhhabilərin təkfirindən amanda qalmadı

İordaniya məktəblərində dərsliklərin bir mətnində İslam dünyasının tanınmış alimi İbni-Sina ilə bağlı təkfirçi yazılar dərc edilib.

İslaminSesi.info bu barədə əl-Aləmə istinadla xəbər verir.

 

Son illərdə İordaniyada dini və elmi təsisatlarda vəhhabi  və sələfi təfəkkürünün baş qaldırmasından sonra bu ölkədə sözügedən mənfi tendensiyaya qarşı mediada və sosial şəbəkələrdə “Zəbəhtuna” adlı təbliğat kompaniyası başlayıb.

 

Bu təbliğat kompaniyasını fəal üzvləri son günlərdə ölkənin məktəblərinin dərsliklərində İbni-Sinanın təkfir edilməsini ehtiva edən bəzi materialları yayımlayaraq, ölkənin Təlim-Tərbiyə nazirliyi və Mediya Şurasının sədrinə xəbərdarlıq ediblər.

 

Sələfilərin İslam alimlərinə qarşı mənfi təbliğat apardığı bu material məktəblərin 4-cü sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərin birində yer alıb.

 

Bu dərslikdə İbni-Sinanın kim olduğu sual olunur. Daha sonra isə ona belə cavab verilir:

 

“Elmi rütbəsinə baxmyaraq, o kafir, fəlsəfi, səhabələri söyən bir qərmətidir. Onun kafir olması haqda şeyxul-islam ibni-Teymiyyə, əl-Qəzzali və əl-Farabi də hökm veriblər.”

 

Halbu ki İbni-Sina ilə bağlı həqiqət bundan ibarət deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system