HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 213
Hər an təhlükə ilə üz-üzə yaşayırlar

Hər an təhlükə ilə üz-üzə yaşayırlar

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də yerləşən "Abşeron LTD 2013" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) tikdiyi yaşayış binasının sakinlərinin həyatı təhlükədədir

"İslaminSesi" bizimyol.info-a istinadən xəbər verir ki, 2005-ci ildə tikilməyə başlayan, təhvil verilməsə də, 2013-cü ildən sakinlərin yaşamağa başladığı binada kommunal xətlər bərbad vəziyyətdədir, lift işləmir.

 

Sakinlərdən Adəm Şirinov bildirib ki, hazırda 60 ailənin yaşadığı binanın sahibi Tağıyev Azər Sabir oğlu müqavilə üzrə öhdəliklərə tam əməl etməyib: "Binada yaşayış üçün şərait yaradılmayıb. Məcburiyyət qarşısında buraya köçən sakinlər evlərinə özləri elektrik və su xətləri çəkməli olublar. Şəbəkə olmadığından tez-tez qəzalar baş verir".

 

Onun sözlərinə görə, havalar qarlı-şaxtalı olarkən evlərə su gəlmir.

 

Tikinti şirkəti ilə payçılar arasında olan müqavilənin öhdəliyinə əsasən mənzil payçıya daxili elektrik xətləri, daxili santexnika xətləri, xarici qapı və pəncərələr, yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi, ağardılması və məhəccərin quraşdırılması, mərtəbələrdə elektrik şitlərinin quraşdırılması, liftlərin quraşdırılması və sazlanaraq işə buraxılması nəzərdə tutulub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system