HAVA PROQNOZU:

İSLAM

Oxundu: 483
Həqiqi və ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla İslamın qələbəsi idi

Həqiqi və ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla İslamın qələbəsi idi

Kənan Hacı: “Kərbəla yazısı İslamın qələbəsiydi”

Birlik.az saytı “Kərbəla hadisəsi müasir Azərbaycan aydınlarının nəzərində” ­ rubrikasını davam etdirir. Belə ki bu mövzuda ən çox klassik ədiblərimizin fikirləri önə çəkildiyindən müasir ziyalılarımızın fikirləri bir qədər kənarda qalmışdır. Əziz oxucular, müasir Azərbaycanın görkəmli yazarlarından biri olan Kənan Hacının fikirlərini sizə təqdim edirik:


“Kərbəla düzündə etiqadlı məzlumlarla etiqadsız zalımların son döyüşündə hər iki tərəf müsəlmanlar idi. İslamı birləşdirmək adı altında səltənətini möhkəmlədən və içində qıvrılıb yatan ilandan xilas ola bilməyən Yezid etiqada yox, qılıncının gücünə arxalanırdı. Tarixdə lənətlə yad edilən xəlifələr sırasında İmam Hüseynin ölümünə fitva verən bir müstəbid kimi qaldı. Həqiqi eşqin, ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla düzündə qalib çıxan yenə də İslam oldu. Kərbəla yazısı İslamın qələbəsiydi.”


***


Yazıçı Şərif Ağayar: "İmam Hüseyn təkcə İslam və şiəçilik kontekstində dəyərləndirilməməli..."


“Biz demokratik, dünyəvi cəmiyyət arzusundayıqsa, bütün tarixi hadisələr, dini və mifik əhvalatlar kimi, Aşuranı da hər kəsin açıq müzakirəsinə buraxmalı, heç kəsə hiddətlənməməliyik. Mənə görə, İmam Hüseyn yüksək əxlaqa malik olan, təkcə özündən sonrakılara deyil, əvvəlkilərə də nümunə göstərilməyə layiq şəxsiyyətdir. Eyni zamanda düşünürəm ki, onu təkcə İslam və şiəçilik kontekstində dəyərləndirmək, göz yaşı və ah-fəryadlarla yad etmək doğru deyil.”


***


Ədəbi tənqidçi Əsəd Cahangir: "Aşura – göz yaşı ilə qətiyyətin birliyidir"


“Aşura – Füzulinin "Hədiqətüssüəada"sıdır, sözümüzün şəhadətidir
Aşura – Mübariz İbrahimovun canını vətən yolunda verməsidir, özümüzün şəhadətidir,
Aşura – göz yaşı ilə qətiyyətin birliyidir
Aşura – insanın ölümdən sonrakı diriliyidir.”

 

Bunu da oxuyun: “Aşura - göz yaşı ilə qətiyyətin birliyi və insanın ölümdən sonrakı diriliyidir”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system