NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 115
HƏMAS-ın hücumunda bir İsrail əsgəri ölüb, ikisi yaralanıb

HƏMAS-ın hücumunda bir İsrail əsgəri ölüb, ikisi yaralanıb

Ötən gün işğal edilmiş Qüdsün Babul-Amud kvartalında 3 fələstinli İsrail əsgərlərinə odlu silah və bıçaqla hücum ediblər.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, HƏMAS və “Fələstinin Xalq Azadlıq Cəbhəsi” İsrail hərbçilərinə edilən hücumu üzərinə götürüblər və İsrailin təcavüzlərinin bundan sonra cavabsız qalmayacaqlarını bildiriblər.

 

Məlumata görə 3 fələstinli gənc Qüds şəhərində iki yerdə hücumu həyata keçiriblər. Ümumilkdə 1 İsrail əsgəri ölüb və daha ikisi yaralanıb. Hücum edən 3 fələstinli gənc də İsrail hərbçilərinin gülləsinə tuş gələrək şəhid olublar.

 

Bu hadisədən sonra İsrail baş naziri Benyamin Netenyahu əməliyyatda iştirak edən fələstinlilərin yaşadıqları bölgəyə basqın etmək haqda göstəriş verib.

 

Qeyd edək ki, İsrail adətən belə hallarda hücum edən fələstinlinin ailəsini bölgədən çıxarır və onların evlərini dağıdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system