HAVA PROQNOZU:

Oxundu: 721
Hansı əməl Bəni-İsraili 7 illik quraqlıq və qıtlıqdan xilas etdi?

Hansı əməl Bəni-İsraili 7 illik quraqlıq və qıtlıqdan xilas etdi?

İllərlə qıtlığa məruz qalan Bəni-İsrailin duası niyə qəbul olmurdu?

İslaminSesi.info – İhya Ulumiddin əsərində (cild-1, səh- 461) gəlib ki tanınmış sufi alimi Sufyan Suri dedi:

 

"Hədislərin birində nəql olunub ki, Bəni-İsrail düz yeddi il qıtlığa və quraqlığa məruz qaldılar. Allah bu zaman onların Peyğəmbərinə vəhy etdi:

Əgər sizin dizləriniz yerə çökənə qədər illərlə piyada getsəniz belə, əlləriniz asimanın yuxarı təbəqələrinə qədər uzanana kimi dua etsəniz və diliniz dolaşana qədər dua etsəniz belə, heç birinizin duasını qəbul etməyəcəyəm, sizlərdən heç birinin çarəsiz qalanına rəhm etməyəcəyəm. Yalnız insanların haqqını özlərinə verdiyiniz halda duanı qəbul edəcəyəm.

Bəni-İsrail bunu etdi və həmin gün yağış yağdı”

 

Digər hədisdə İmam Sadiq buyurub:

 

“Sizlərdən hər biriniz duasının qəbul olmasını istəyirsə qazancını təmizləyib, halal qazansın və camaatın haqqını qaytarsın. Qarnında haram və boynunda kiminsə haqqı olan bəndənin duası Allah dərgahına qalxmaz."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system