NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 3518
Ərdoğanın 87653 nəfərin fitrəsinə bərabər iftar süfrəsi və Bəşər Əsəd

Ərdoğanın 87653 nəfərin fitrəsinə bərabər iftar süfrəsi və Bəşər Əsəd

Türkiyədə milyonluq iftarlar.

İslaminSesi bildirir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın sarayında iftar süfrəsi açılıb. Bu iftar süfrəsi barədə geniş reportaj hazırlayan KanalD-nin  yayımladığı video sadəcə olaraq insanı heyrətə salır. Bəli, daha iftarlar belə açılır. Peygəmbərimiz(s) cəmi iki xurma ilə iftar açarmış. Lakin bunu Ərdoğan hökumətinin vediyi iftarla müqayisə belə edə bilmərik. Təkcə mətbəxdə 15 qabyuyan, 35 aşpaz, 3 rəhbər və 110 ofisant var imiş.

 

Memarlar təşkilatının Ankara şöbəsinin rəhbəri Terzcan Karakuş həmin iftar süfrəsini belə xarakterizə edir: "Gecəqondularda iftar açan bir rəhbərdən lüks süfrədə iftar aça biləcək bir rəhbərə qədər dəyişilmiş bir insanla üzbəüzük.  Xalqa aid bir məkanda vəsiyyətin əksinə olaraq qanunsuz tikilən Ağ sarayda 29 nəfərlik iftarın maliyyəsi 87653 nəfərin fitrəsinə bərabərdir. Stoldakı güllər Hollandiyadan gətirilb. Bütün masalarda təxminən 400 gül var. Bu gülün bir dənəsi bir insanın fitrəsinə bərabərdir." 

 

Lakin paradoks buradadır ki, 2016-cı ildə  Ramazan başlamamış açıqlama verən R. Ərdoğan "Lüks iftarlar Ramazan ayının ibadətinə vara billməməkdir"  demişdir. Daha sonra iftar süfrəsinə milyonlar sərf etməkdən qaçmağı və həmin süfrələri kasıblarla paylaşmağı tövsiyyə etmişdi. 

 

Lakin elə uzağa getmədən bu Ramazanda müharibə gedən Suriyaya nəzər salmaq kifayətdir. Biz orada öz iftar süfrəsini cəbhədə əsgərlərlə bölüşən bir rəhbər görürük. İki fərqli iftar və iki fərqli rəhbər...

الرئيس بشار الاسد يفطر مع الجنود السوريين

 

الرئيس السوري بشار الاسد على مائدة الافطار

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system