NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 98
Ər-Riyad Səudiyyədə Türkiyə hərbi qərargahlarının salınmasına münasibət bildirib

Ər-Riyad Səudiyyədə Türkiyə hərbi qərargahlarının salınmasına münasibət bildirib

“Türkiyəyə Səudiyyə ərazisində hərbi qərargah salmağa icazə verməyəcəyik”

İslaminSesi.info  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinin rəsmi twitter səhifəsində bəyanat verilib.

 

Bildirilib ki, “Səudiyyə Ərəbistanı öz ərazilərini qorumağa qadir olmaqla yanaşı həm də ölkə hüdudlarından kənarda o cümlədən Türkiyənin İncirlik qərargahında əməliyyatlara qatılır”.

 

Səudiyyə XİN-nin bu bəyanatı elə bir zamanda verilir ki, ötən gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu kral Salman bin Əbdüləzizlə görüşmüş və Qətərə tətbiq edilən sanksiyalar və bura göndərilən hərbi qüvvə haqda müzakirələr aparmışdı.

 

Səudiyyə, BƏƏ, Bəhreyn və Misir Qətərlə əlaqələri kəsəndən və Dohaya qarşı siyasi, iqtisadi sanksiya tətbiq edəndən sonra Türkiyə Qətərə 5 min hərbi qüvvə göndərəcəyini təsdiqləyib. Türkiyə sözügedən gərginliyin aradan qaldırılması üçün tərəflərə vasitəçilik təklifləri edib, lakin Səudiyyə bunu qəbul etməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system