HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 9724
Elşad Mirinin “Ya Əli” dərdinə dərman

Elşad Mirinin “Ya Əli” dərdinə dərman

İllərdi apardığı təbliğatla öz qərəzli mövqeyini ortaya qoyan Elşad Miri bu dəfə də "Ya Əli" xitabını özünə problem edib. Onun bu iradına cavab olaraq İslamınSesi sizə əhəmiyyətli yazını təqdim edir.

 "Elşad  Mirinin Türkiyədə tv proqramların birində çıxışını gördüm. Bu insanın sanki şiəlikdən başqa problemi yoxdur.  Elşad Miri bildirir ki,  şiələr harda olurlarsa olsunlar: istər Azərbaycanda,  istər Yaponiyada, hətta Amerikada olsalar belə "Ya Əli" deyirlər.  Bununla şiələr  Hz.Əlini  Allah səviyyəsinə qaldırmış olurlar. 

 

Görünür,  bu  insanın Allah barəsində təsəvvürü o qədər səthidir ki, əgər bir nəfər hər şeyi eşitsə, deməli,  o da Allah olacaq. İndi özlüyündə fikirləşir ki, yaman dəlil tapmışam  və bununla bütün şiələri susduracam....

 

Nə isə, keçək iradın cavabına, Elşad Miriyə bildirmək istəyirəm ki, eyni anda fərqli məkanlarda deyilən səsləri və müraciətləri eşitmək heç də insanı Allah etməz. Nümunə olaraq burada sadəcə bir hədis qeyd etməklə kifayətlənirəm:

 

1) Əhməd ibn Hənbəl Müsnədində belə bir hədis nəql edir:

عن ابي هريرة قال: قال رسول الله (ص): حيثما كنتم فصلوا علي فان صلاتكم تبلغني

Əbu Hureyrə Peyğəmbərin (s) belə dediyini nəql edir: "Harda olsanız mənə salavat deyin, çünki sizin salavatlarınız mənə çatır..." (Müsnəd, Əhməd ibn Hənbəl, 8449-cu hədis)

 

Əl-Mənavi bu hədisi qeyd etdikdən sonra hədisi belə şərh edir: "Çünki qüdsi nəfslər (ruhlar) bədənin bağlılığından azad olduqdan sonra yüksələrək mələklər aləminə (əl-Mələul Ə'la) birləşirlər, bundan sonra arada heç bir maneə qalmır və onlar hər şeyi ya özləri müşahidə etməklə ya da mələklərin xəbər verməsi ilə görürlər..." (Feyzul-Qədir, Əl-Mənavi, cild 3, səh 530..)

 

Hədisi Əhməd ibn Hənbəldən başqa Əbdur-Rəzzaq əs-Sənani (əl-Musənnəf, cild 3, səh 71 və 577), ibn Əbi Şeybə Əl-Kufi (əl-Musənnəf, cild 2, səh 267 və 269), Təbərani (əl-Mucəmul əvsət, cild 1, səh 117, əl-Mucəmul-Kəbir, babul-ha), ibn Kəsir təfsirində (cild 3, səh 522-523), İbn Əsakir tarixində (cild 13, səh 61-62) və digərləri nəql etmişdir.

 

Məşhur Sələfi alimi Albani "Əhkamul-cənaiz" adlı kitabında səh 219-da bu hədis barəsində belə deyir: "Əbu Davud (1, 319) və Əhməd (2, 367) həsən sənədlə bu hədisi qeyd ediblər, sənəd Müslimin şərtinə uyğundur, hədisin əlavə yolları və şahidləri olduğu üçün səhihdir..."

 

Gördüyünüz kimi hədisin mötəbərliyində şübhə yoxdur, xüsusən Albani kimi hədis mütəxəssisinin bunu təsdiqləməsindən sonra, indi Elşad Miriyə sualım budur: "Peyğəmbər (s) deyir harda olsanız mənə salavat göndərin, çünki, sizin salavatlarınız mənə yetişir." Biri Amerikadan, o biri Yaponiyadan, biri də lap Marsdan salavat göndərsə mütləq peyğəmbər(s) onu eşidəcək, indi peyğəmbər(s) Allah oldu?  

 

Yoxsa son çarə olaraq hədisi inkar edək?

 

Axı, bu hədis o qədər çoxlu yollarla nəql olunub ki,  inkar etmək mümkün deyil, deməli Mənavinin də hədisi şərh etdiyi kimi məhdudiyyət yalnız bu dünyaya aiddir və insan, bu dünyanı tərk etdikdən sonra düyünlər qırılır və artıq hər şeyi müşahidə etməyə başlayır. Deməli, Elşad Mirinin bu iradı adəti üzrə savadsızlığından qaynaqlanan bir məsələdir və bu şəxsin İslamdan anlayışı çox səthidir...

 

Sonda Elşad Miriyə tövsiyəmiz budur ki, bir mövzuda irad bildirmədən öncə məsələni yaxşı araşdırsın, birdəki Türkiyədə də olsa çalışsın öz dilində danışmağı öyrənsin..."

 

İlahiyyatçı alim Təbriz Nəcəfi 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system