NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 134
Əli Kərimli Baş Prokurorluğa aparıldı

Əli Kərimli Baş Prokurorluğa aparıldı

AXCP sədri Əli Kərimli ifadə verməsi üçün bu gün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə AXCP sədri öz Facebook səhifəsində yazıb. O, həbs olunan müavini Gözəl Bayramlının işi üzrə dindirilib.

 

İslamınSəsi Virtualaz.org-a istinadan xatırladır ki, rəsmi məlumata görə, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system