HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 842

"Əhaliyə verilən qazın tərkibi mütləq öyrənilməlidir"

Ölkədə dəm qazından zəhərlənmə hallarının sayı dayanmadan artır. Hər hərftə bir neçə insanın bu sbəbdən dünyasını dəyişdiyi məlum olur. Hər qış bu hallar təkrar baş versə də bu halın qarşısını almaq mümkün olmur. Ekspertlərin fikrincə mütəxəssislər mütləq ciddi şəkildə bu işlə məşğul olmalıdır.

İslaminSesi bildirir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, qazın tərkibi bu gün ən ciddi şübhə doğuran faktorlardandır: “Bu strukturlarda çalışan insanlar arasında mütləq düzgün iş bölgüsü aparılmalıdır. İki qurum bu işdə məsuliyyət daşıyır. Bunlardan biri FHN, digəri isə “Azəriqaz” ASC-dir. “Azəriqaz”ASC-nin məsuliyyəti hadisə baş verənə qədərdir. Qazın tərkibi bu gün ən ciddi şübhə doğuran faktorlardandır. Düşünürəm ki, ölkədə ciddi komissiya yaradılmalıdır. Bütün bu proseslər araşdırılmalıdır.

 

Hər həftə ən azı 2-3 nəfər qaz zəhərlənməsindən dünyasını dəyişir. Əhalini qırğına vermək olmaz. Bu sahənin texniki baxışını “Azəriqaz”ASC-dən alıb FHN-ə veriblər. FHN də mütləq əhali ilə işləməlidir. KİV-lərdə mütləq ciddi müzakirələr, maarifləndirici işlər aparılmalıdır. Düşünürəm ki, bu gün baş verən problemləri əhalinin üzərinə yıxmaq olmaz. Bu hadisələrdə əhalinin məsuliyyəti 20-30% təşkil edir. Yəni, dəm qazından baş verən zəhərlənmələrin heç də əksəriyyəti insanların məsuliyyətsizliyi deyil. Bu gün əhaliyə verilən qazın tərkibi mütləq öyrənilməlidir. Axı nə üçün başqa ölkələrdə analoji xəbərlərə rast gəlmirik? Hətta sovet dönəmində adi “ceyran” peçlərini sutkalarla yandırırdıq, amma bir dəfə də olsa bu cür hadisə baş vermiridi.

 

 

Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələdə hər şey yerində deyil. Mütləq Səhiyyə Nazirliyi və digər məsul qurumlar daxil olmaqla komissiya yaradılmalıdır. Bu işdə olan müəmma mütləq üzə çıxarılmalıdır. Binəqədidə yanan evin əsl səbəbləri bu gün məlum olduğu kimi, dəm qazından boğulma hallarının da əsl səbəbləri müəyyən müddətdən sonra üzə çıxacaq. Məlum olacaq ki, bu zəhərlənmələrin arxasında hansısa ciddi bir fiqur dayanıb. Bu cinayətdir və mütləq son qoyulmalıdır”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system