HAVA PROQNOZU:

İSLAM

Oxundu: 973
Dinin intellektə zidd olduğunu deyənlər İbn Sinaları, Nizamiləri, Fizuliləri görmürlər?

Dinin intellektə zidd olduğunu deyənlər İbn Sinaları, Nizamiləri, Fizuliləri görmürlər?

Tənqid etdiyiniz din, həqiqətən belə bərbad bir mahiyyətə sahibdirsə, o zaman Farabilər, İbn Sinalar, Əl-Birunilər, Xarəzmilər, Nizamilər, Fizulilər və digər tarix yazan dahi şəxsiyyətlər necə yetişdilər?

 

Məhərrəm ayı daxil olandan bəri özünü maarifçi, yenilikçi, inkişafa meyilli adlandıran bəzi “ziyalılar” yenə də əllərinə qələm alaraq düşüblər ortalığa.  Nə var, nə var əhalisinin 95 faizi müsəlman olan Azərbaycan xalqı illərdir aparılan əks-təbliğata rəğmən, öz dini inancına, milli-mənəvi dəyərlərinə sadiq qalaraq, dərin məhəbbət bəslədiyi Əhli-Beytini yad edir. Yezid tərəfindən şəhid edilən İmamını kədərlə anır və beləcə  Kərbəla məktəbini yaşadır.  Aparılan əks-təbliğatın işə yaramadığını görən bu cür “ziyalılar” isə hirslərini dindən çıxaraq, xalqı öz inanclarına sadiq qaldıqları üçün aşağılayırlar, cəhalət və xurafat kimi sözlərlə damğalayırlar.  Lakin sevindirici haldır ki, ölkənin sözün əsl mənasında ziyalı adına layiq olan yazıçı və alimləri xalqı və onun dini inanclarını aşağılayan dırnaqarası qələm sahiblərinə tutarlı cavablar verirlər. İslaminSesi məlumat verir ki, növbəti cavab  ilahiyyatçı alim Təbriz Nəcəfidən gəlib.

 

İlahiyyatçı alim bildirir ki, müasir aydınların dinə yönəlik ən əsas tənqidlərindən biri və başlıcası budur ki, dindən sui-istifadə olunur, insanların intellekt səviyyələri qarət edilir, nə bilim dini şou-biznesə çeviriblər və s və ilaxır: “Bütün bu iradlar, məsələlərə cılız yanaşmağın, səthi analiz aparmağın, problemlərin kökünə varmamağın təbii nəticəsidir. Bu tənqid etdiyiniz din, həqiqətən belə bərbad bir mahiyyətə sahibdirsə, bəs o zaman Farabilər, İbn Sinalar, Əl-Birunilər, Xarəzmilər, Nizamilər, Fizulilər və digər tarix yazan dahi şəxsiyyətlər necə yetişdilər? Siz niyə sui-istifadə olunan nəsnələr əvəzi sui-istifadənin kökündə dayanan əsas psixoloji problemləri ya görmürsüz, ya da ki, görməməzlikdən gəlirsiniz? Öz mənfəəti, xeyri, rahatlığı üçün hər şeyi gözə alan biri şübhəsiz onu hədəfə aparan hər bir vasitədən məharətlə istifadə edəcək. Bu gün dünyada dindən olduğu qədər, insan hüquqları, demokratiya, azadlıq və s kimi pafoslu şüarlardan sui-istifadə edib dünyanı viran edən güclər var. Mühakimə edərkən adlarını sadaladığım dəyərləri tənqid etməli, onlara od püskürməliyik, yoxsa, əsas cinayətkar kimi həmin sui-istifadəçiləri top atəşinə tutmalıyıq? Əlbəttə, insaflı, vicdanlı, hadisələrə qərəzsiz mövqedən yanaşan biri, bu ikisini bir-birindən ayırmalıdır. Bu iksini bir-birindən ayırmayan, və ya ayıra bilməyən birinin aydın, ziyalı, maarifçi olmağa mənəvi və intellektual səviyyəsi çatırmı?? Haray-həşir qoparmaqla, həyəcan təbilləri çalmaqla, pafoslu çıxışlar etməklə problemləri kökündən həll etmək mümkün deyil. Bunu dərk etməyən biri özünü necə ziyalı hesab edə bilər”???

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system