HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 793
Dilənənlər və diləndirənlər

Dilənənlər və diləndirənlər

Qafar ŞÖvqi, İslaminSesi

"Sən o gözəl qızın canı, çörək pulu ver." Bu mənası dərin, həcmi qısa olan cümləni eşitməkdən demək olar ki, qulağımız yara olub. Yaxşısını İsveçrə edib. Daha ordakı camaat imkansızlıqdan, ictimai yerlərdə dilənçilik edə bilməyəcəklər. Daha imkanı olmayan adam birbaşa, elini-qolunu sallayıb ölür.


Mən o vaxt qəzetlərin birində ərəblərin bir atalar sözünü oxumuşdum. İndi istəyirəm ki, bu atalar sözünü sizin də, nəzərinizə çatdırım. Deməli, atalar sözü belədir: "Millətinin dilənçi olmasını istəmirsənsə, dilənçiyə pul vermə!" Bəh, bəh. Atalar sözündəki, dolğun fikirə bax. Qadasın alım ərəblərin.

 

Deyirəm qardaş görəsən İsveçrənin cənub-qərbində yerləşən Vale vilayətindəki, uğurla başa çatan “Dilənçilərə yox” şüarı, nə vaxtsa biz tərəfə də, gələcək? Yoxsa bizim alnımıza yazılıb “qaz bürcün”dən olmağımız?...

 

Amma nə yaxşı olar. Təsəvvür et: Yol ilə gedirsən, şəhərdə sakitçilik hökm sürür. Təmiz hava, insanların mehriban gülüşləri, adamların dolanışıqdan şikayətsizlikləri insana daha da xoş gəlir və insanın həyata, insanlığa sevgisini artırır. Daha yol ilə gedəndə: " Ay qardaş, çörək pulu ver!" deyib, üstünə tullanmırlar.


Hələ mən mədəni dilənçilikdən danışmıram. Bu mədəni dilənçiliklə məşqul olanlar mədəniyyətimizdən bir əsər qoymadılar. Mənim yazdıqlarım sizə zarafat gəlməsin. Rüşvətxorluq-mədəni dilənçilikdir.

 

Belə iş olar?

 

Allah etməsin ki, həkimə işin düşsün. Sənə müqavilə bağladığı aptekdən elə dərmanlar yazacaq ki, o dərmanlar hələ ki, tibbə məlum deyil. Bəlkə bundan sonra tibb, bizim həkimlərin resseptlərindəki dərmanlarla tanış oldu...

 

Dərman bir kənara. Əgər pulsuz bir yerini kəsdirmək istəsən, vay olacaq sənin halına. Sol ayağın kəsilməli olduğu halda, sağ ayağını kəsib qoltuğuna verəcəklər. Çaşıb, aidiyyatı qurumlara şikayət etsən, orada da, səni günahkar çıxardacaqlar. Əgər sən vaxtında həkimi yaxşı "görə" bilsəydin, bütün bunlar da başına gəlməzdi.

 

Haqqının qəsb olunduğunu sübut edə bilməyib, ürəyin partlayar. Hə... İş gəldi çatdı molla əmiyə. Əgər həkimlərin düzgün və qərəzsiz diaqnozlarınsan sonra ölməli olsan və səndən sonra, evdə 5-3 manat pulun qalsa, ya bir imkanlı qohum-eqraban olsa, xoş halına. Səninçün ingiliscə dualar oxuyacaqlar. Yasında “redbul” paylayacaqlar.

 

Banan, kivi, ananas da, aydın məsələdir. Yas mağarına “Ruhunuz şad olsun” sözlerini xalçanın üzərinde pambıqla yazarlar. "Axirət" restaranından “babıçkalı” ofsiantlar gələr. “Bonaqua” butulkasına vodka bir ayrı gözəllik verər. Bütün məclis boyu gülərüz personallar, gələnlərin xidmətində durar.


Hələ tabutundan xəbərin olmaz. Eh, sənə bir tabut hazırlayarlar ki, içi kondisionerli. Kenardan baxanlar sənin yerinə tabuta uzanmaq istəyer. Hamı qibtə eder sənə. Məzarının üzerinə böyük gül çələngləri gələr. Baş daşın görənləri heyrətə salar. Sinə daşının üstündə İsmayıl Yk-nın “Nerdesin” mahnısının sözləri yazılar... Bəh bəh adam lap bütün bunları tesevvürünə getirdikce, xəcalətindən ölmək istəyir.


Bu xidmətlərin hamısı pulun başındadır. İnanın ki, ölməden əvvəl eliniz cibinizde olsa, mənim yazdıqlarım uydurma deyil. Yas mərasiminizdə bundan artığı da ola bilər. Bu qədər pulu da, qazanmaq yox, ancaq dilənmək olar. Odur ki, "zooor" yaşayıb, "zooor" da, ölmək istəyirsizsə, dilənin özünüz üçün..

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system