HAVA PROQNOZU:

İSLAM

Oxundu: 585
Çikaqoda və Alp dağları ətəyində Məhərrəmlik əzadarlığı

Çikaqoda və Alp dağları ətəyində Məhərrəmlik əzadarlığı

Bu gün hər yer Kərbəla rəngini alıb. Bu gün Aşura rəngindədir. Artıq İmam qərib və tək deyil.

İslaminSesi – 1400 il bundan öncə İmam Hüseyn və onun qiyamı tərəfdarlarının çox olduğu Kufədə belə qərib idi. İmam Kərbəlada “Həl min nasirin yənsuruni” (Mənə bir yardım edən varmı?!) fəryadını çəkdi. Çünki İmam Hüseyn sözün əsl mənasında tək qalmışdı. Amma bu gün hər yer Kərbəla rəngini alıb. Bu gün Aşura rəngindədir. Artıq İmam qərib və tək deyil.

 

İmamın qiyamı bir insanın Allah yolunda bütün varlığından necə kəçməsini göstərir. Belə fədakarlıq tarixdə görünməyib. Məhz buna görədir ki, 1400 il keçib hər il insanlar ona əza saxlayır və beləcə zalıma qarşı və məzlumun yanında olduqlarını nümayiş etdirirlər.

 

Bu gün ona dünyanın uzaq şərq və qərbində, ən ucqar və ən soyuq bölgələrində, ən kasıb və inkişaf etmiş bölgələrində belə əzadarlıq saxlanılır.

 

İslaminSesi ABŞ-ın Çikaqo şəhəri və Alp dağlarının ətəyində yerləşən İsveçrənin Sürix şəhərində keçirilən Məhərrəmlik əzadarlığının fotolarını təqdim edir:

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system