NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 308
Cəmiyyəti və uşaqları  zorakı boşanmalardan necə xilas edək?

Cəmiyyəti və uşaqları zorakı boşanmalardan necə xilas edək?

Cavid İmamoğlu: “10 yaşlı Nurayın başına gətirilən hadisələrin və digər bu kimi halların fonunda uşaqların zorakılığa məruz qalan tərəf olduğunu görürük”

 

Azərbaycanda qadın və uşaq zorakılığı hallarına tez-tez rast gəlinir. Rəsmi statistikada  rəqəmlər nisbətən az göstərilsə də, qeyri-rəsmi faktlar bunun əksini deməyə imkan verir. Son günlər medianın gündəmini zəbt edən 10 yaşlı Nurayın fiziki zorakılığa məruz qalması da ölkədə bu kimi halların geniş vüsət aldığını sübuta yetirir.  Bu problemin artmasında həm də mədəni boşanmaların baş verməməsi xeyli rol oynayır. Belə ki, Azərbaycanda boşanan ailələrin əksəriyyətinin sonradan münaqişələrə meylli olması uşaqların psixikasına ciddi təsir göstərir. Bu kimi hallar həmçinin qadın və uşaq zorakılığı ilə nəticələnir. Ailədaxili münaqişələr nəticəsində uşağın uzun müddət yaşadığı və vərdiş etdiyi bir valideynindən alınıb digərinə verilməsi çox sayda problemlərlə yanaşı, həm də adoptasiya məsələsini gündəmə gətirir.

 

Bəs görəsən uşaqların bu cür vəziyyətlərlə qarşılaşarkən yaşadığı adoptasiya problemini necə həll etmək olar?.  Umumiyyetle hansi səbəblərdən Azərbaycanda mədəni boşanmalar əksər hallarda baş tutmur?

 

İslaminSesinin ünvanladığı sualları tanınmış sosioloq Cavid İmamoğlu cavablandırıb. Sosioloq bildirib ki,  boşanmalar ailədaxili böhranın əsas göstəricisidir. Bu ərəfələrdə ən böyük diqqət məhz uşaqlara yönəldilməlidir: "Bu gün  uşaqların hüquqlarının müdafiəsi üçün Azərbaycanda kifayət qədər qanunlar mövcuddur. Ölkəmiz həm BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasına qoşulub, həm də özümüzdə bu istiqamətdə qanunlar işlənib hazırlanıb. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsində qeyd olunub ki, bu işlə mandatlı agentliklər məşğul olur. Onlara isə məhkəmə və prokurorluq orqanları nəzarət edir.  Daha sonra isə Yetkinlik Yaşına Çatmayanların İşlərinin və Hüquqlarının müdafiəsi üzrə Komissiya bu istiqamətdə fəaliyyət göstərir. Bundan əlavə isə uşaq hüquqlarının müdafiəsi ilə yerli və beynəlxalq təşkilatlar məşğul olur.  Bu orqanların səlahiyyətlərinə uşaqların hüquqlarının qorunması və zorakılığın qarşısının alınması daxildir.  Lakin təəssüflər olsun ki, 10 yaşlı Nurayın başına gətirilən hadisələrin və digər bu kimi halların fonunda uşaqların zorakılığa məruz qalan tərəf olduğunu görürük.  Digər təsiredici məqam isə ondan ibarətdir ki, zorakılıq məhz uşaq hüquqlarının qorunması ilə məşğul olan və bu işə cavabdehlik daşıyan qurumlar tərəfindən həyata keçirilir.  Bizə təqdim edilən videoda da zorakılığın icra məmurları tərəfindən edildiyi açıq görünür”.

 

Cavid İmamoğlunun sözlərinə görə, Azərbaycanda mədəni boşanmalardan daha çox, dağıdıcı ayrılmalara rast gəlinir: “ Bu cür ailələrdə uşaqlara mütləq psixoloqlar tərəfindən yardım göstərilməlidir. Uşağın özünün seçiminə əsasən adoptasiya prosesi uyğunlaşdırılmalıdır. Lakin təəssüflər olsun ki, Azərbaycan reallığında biz bu prosesləri müşahidə etmirik. Ona görə də, ailədaxili münaqişələrdə ən çox uşaqlar həm psixoloji, həm də fiziki zorakılığa məruz qalırlar”.

 

Sosioloq qeyd edib ki, nigaha daxil olmalar və boşanmalar hüquqi proses olsa da, təəssüf ki, Azərbaycanda bu müstəvidən çıxaraq mental dəyərlərə söykənib. Adət-ənənə çərçivəsinə salınan bu proses ona görə də, ağrılı, söz-söhbətli və hüquqi aktlardan kənar şəkildə həyata keçirilir. Lakin hər bir halda boşanmalar zamanı emosional gərginliklər baş verir və bu zaman övladlar daha çox sarsıntı keçirir”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system