HAVA PROQNOZU:

İSLAM

Oxundu: 3978
Bu gün Ramazan orucluğunun niyyət axşamıdır, Niyyəti necə edək?

Bu gün Ramazan orucluğunun niyyət axşamıdır, Niyyəti necə edək?

Ramazan ayının niyyətini necə edək?

İslaminSesi.info xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün şaban ayının 29-dur. Sabah böyük ehtimalla mübarək Ramazan ayının biridir.

 

Hər halda sabahkı gündə oruc tutmaq ona görə yaxşıdır ki, oruc tutanın qəzası olacaq təqdirdə qəza hesab edilər. Amma həmin gün Ramazanın biri olarsa, öz əda orucunu tutmuş olacaq.

 

Ramazan ayı əsasən orucluq ayı kimi tanınır. Çünki Mütəal Allah bu ayda öz bəndələrindən gücü çatanlara , xəstə olmayanlara və səfərdə olmayanlara oruc tutmağı vacıb edib.

Bu ayınin ilk əməli niyyətdir. Bütün işlər niyyətə bağlı olduğu kimi oruc tutmaq və ya orucluğa başlamaq niyyətlə başlayır. İnsanın niyyəti dilinə gətirməsi, yaxud niyyət üçün hansısa bir xüsusi əməl etməs lazım deyil. Hətta Allah Təalanın əmrinə tabe olmaq niyyəti ilə gün ərzində orucu pozan işlərdən çəkinməsi kifayət edir. Yəni sübh azanından məğrib əzanına qədər orucu pozan əməlləri icra etməsin.

Ramazan ayının əvvəlində, mən də Inşaallah bu ayda oruc tutacağam, deməsi kifayət edir. Bunun özü elə Ramazan ayı niyyətidir. Yaxud sübhdən məğribə qədər orucu pozan bir iş gorməsə kifayət edir.

İnsan istəsə niyyəti dilə də gətirə bilər. Yaxud hər günün niyyətini də ayrı-ayrılıqda edə bilər. Bugün oruc olacam deməsi, yaxun gün ərzində Ramazan ayına görə orucu pozan işlərdən çəkinməsi kifayət edir.

Y. Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system