HAVA PROQNOZU:

İSLAM

Oxundu: 2802
Bu gecədə Allah səhərə qədər mömin bəndəsini çağırar

Bu gecədə Allah səhərə qədər mömin bəndəsini çağırar

Allah bu gecədə niyə bəndəsini durmadan çağırır?

İslaminSesi.info – O gecə Qədr gecəsi deyil ki ildə bir dəfə onun gəlməyini gözləyək. Bu gecə ilə həftədə bir dəfə rastlaşa bilirik. Biz gecələri yatırıq. Allah isə o gecədə yatmış imanlı bəndəsini  dəfələrlə nida edir və səsləyir. Allah bu gecədə niyə bəndəsini durmadan çağırır?

 

Təhzibul-Əhkam əsərində (cild-3, səh-5) İmam Baqirdən belə bir hədis gəlibdir:

 

“Mütəal Allah cümə gününün gecəsinin əvvəlindən sonuna qədər ərşinin yuxarısından çağırış edər: Bir mömin bəndə yoxdur ki, axirəti üçün istək istəsin və mən dan yeri sökənə qədər onu icabət edim?!

Bir mömin bəndə yoxdur ki tövbə etsin və mən dan yeri sökənə qədər onun tövbəsini qəbul edim?!

Ruzisini az verdiyim bir mömin bəndə yoxdur ki durub ruzi istəsin və mən dan yeri sökənə qədər onu artırım?!

Bir mömin bəndə yoxdur ki durub, məndən şəfa istəsin və mən də dan yeri sökənə qədər ona şəfa verim?!

Bir məhbus və problemli mömin bəndə yoxdur ki durub istəsin, mən də dan yeri sökənə qədər onu azad edim və giriftarçılığını aradan qaldırım?!

Bir məzlum mömin bəndə yoxdurmu durub, zülmün götürülməsinə görə dua etsin və mən də dan yeri sökənə qədər zalımı cəzalandırım?!

Davamında İmam buyurdu: Mütəal Allah hələ də sübhə qədər bu çağırışı edir”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system