HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 225
Beynəlxalq qurumların sözü niyə bu qədər ucuzlaşıb

Beynəlxalq qurumların sözü niyə bu qədər ucuzlaşıb

Hikmət Hacızadə: “Bütün dünya bu dövlətlər tərəfindən idarə olunur”

 

Dünyanın və beynəlxalq siyasətin mərkəzində duran bir çox beynəlxalq təşkilatlar zaman keçdikcə əvvəlki mövqelərini itirirlər. Hər zaman söz sahibi olmağa vərdiş edən bu qurumların qəbul etdikləri qərarların dünya dövlətləri tərəfindən heçə alınması müxtəlif səbəblərdən qaynaqlanır.

 

İslaminSesi politoloq Hikmət Hacızadə ilə ATƏT, AŞPA, BMT və bu kimi digər beynəlxalq qurumların niyə  öz təsir güclərini itirdiyini müzakirə edərək, səbəbləri çözməyə çalışıb.  Hikmət Hacızadə bildirib ki, bu qurumların bütün güc və mexanizmləri bir quruma bağlıdır: “ Burada BMT  Təhlükəsizlik Şurasının 5 daimi üzü (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin) vacib rol oynayır. Bütün dünya bu dövlətlər tərəfindən idarə olunur. Əgər bu dövlətlər arasında razılaşma və birlik pozulursa, o zaman bütün sistemin fəaliyyəti iflic olur. Yəni bir dövlət hər hansı bir təkliflə çıxış etdikdə, digər ölkə “veto” qoyur. Məsələn Qarabağ münaqişəsinin həlli istiqamətində verlən qərarlara Rusiya, İsrail-Fələstin müharibəsinin nizamlanmasına isə ABŞ “veto” qoyur. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi də məhz bununla bağlıdır”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system