NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 2891
Bakıda evi əlindən alınan kişinin bankın qarşısında özünü yandırdığı anın görüntüləri yayıldı -Video 18+

Bakıda evi əlindən alınan kişinin bankın qarşısında özünü yandırdığı anın görüntüləri yayıldı -Video 18+

Xəbər verdiyimiz kimi, ötən gün 64 yaşlı Ramiz Manafov adlı vətəndaş Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək özünü yandırıb.

İslaminSesi bildirir ki, Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib.
 
AZXEBER.COM-a hadisə zamanı çəkilmiş özəl video göndərilib. Hadisə şahidlərinin çəkdiyi görüntülərdə  Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təəcili tibbi yardıma xəbər verdiklərini bildirib. 
 
Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər. 
 
Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların izləməməsi məsləhət görülür:
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system